1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığorta maarifləndirilməsi layihəsinin növbəti mərhələsi başlayıb
12.05.2022

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” imzalanmış Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin ikinci mərhələsinə start verilib.

 Qeyd edək ki, layihənin ilk mərhələsində ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin formalaşdırılması üçün təbliğat işləri aparılıb. İkinci mərhələdə isə ayrı-ayrı sığorta sinifləri üzrə əhalinin və biznes dairələrinin maarifləndirməsi həyata keçiriəcək.

Artıq əmlak sığortası növünün təbliğatına başlanılıb. Qeyd edilən sığorta növü üzrə müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq  media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunur. Həmçinin sosial şəbəkələr üçün hazırlanmış materiallar vasitəsi ilə əmlak sığortasının faydalarına dair ictimaiyyətə dəstəkləyici mesajlar verilir.  

Layihə çərçivəsində hazırlanmış videoçarx vasitəsilə mənzil sahibi olmaq qədər mənzili sığortalatmağın  da vacibliyi vurğulanır, əmlak sığortasının faydalarına diqqət çəkilir.

Növbəti ilin I rübünədək davam etdirilməsi planlaşdırılan bu mərhələdən sonra sığorta bazarında aktivliyin və təbliğ olunan sığorta məhsullarına tələbatın artacağı gözlənilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment