Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında rezidentlərlə görüş keçirilib
25.11.2021

Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlərlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi  Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisləri və rezidentlər iştirak ediblər. 

İlk öncə Dr. İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında rezidenturaya yeni qəbul olunmuş rezidentləri təbrik edib, onların yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Öz çıxışında Dr. İsmayıl Əfəndiyev rezidentlər üçün beynəlxalq mübadilə proqramlarda iştirak etmək imkanları barədə söhbət açıb, tədris proqramının faydalı yerinə yetirilməsi və kuratorlarla münasibətlərin düzgün qurulması ilə bağlı məsləhətlər verib.

Eyni zamanda, Dr. İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında təhsil alan bütün rezidentlərin öz sahələri üzrə xarici ölkələrdə və ölkədaxili konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək üçün Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin verə biləcəyi kömək və töhfələr barəsində danışıb. DGK Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən elmi konfranslarda fəal iştirak etmələrini, elmi işlərdə aktiv olmalarını onlara tövsiyə olunub. Belə ki, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu konfranslar onların gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rola malikdir.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova öz növbəsində rezidentlərə xarici ölkə universitetlərində rotasiyalar üçün müraciət qaydalarını izah edib. Dr. Rəna Qasımova Mərkəzi Gömrük Hospitalının Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu bildirib və burada həyata keçirilən unikal əməliyyatlar barədə məlumat verib.Tədbirin sonunda rezidentlərin fikirləri, problemləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment