1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Sosial Müdafiə Fondu əməkdaşlıq yollarını müəyyənləşdirir
04.06.2021

3 iyun tarixində BMqT-nin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi ilə görüşdülər.

Nümayəndələri salamlayan DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişov Fondun fəaliyyəti, son illərdə sosial təminat sistemində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və qarşıdan gələn dövrlər üçün prioritet hədəfləri barədə məlumat verdi.

Elbrus Məmişov çıxışında DSMF-in BMqT-in Azərbaycan nümayəndəliyi ilə insanların rifahının artırılması və sosial təminat sahəsindəki işlər, xüsusən də ölkəyə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşları olan miqrantlar üçün kiçik biznesin yaradılmasına dəstək verilməsi sahəsində, habelə Fondun təklif etdiyi mümkün yardım imkanlarını və hüquqi sənədləri əldə etmək üçün internetə çıxışı olmayan kənd yerlərində insanlar arasında maarifləndirmə fəaliyyəti kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirdi

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, təmsil etdiyi qurumun səlahiyyətlərinə aid miqrasiya, reabilitasiya, həssas icma üzvləri və insan alveri qurbanlarının biznes təşəbbüslərinə dəstək, texniki yardım və qanunvericiliklə bağlı maarifləndirmə fəaliyyətləri kimi sahələrdə DSMF ilə əməkdaşlıq etmək üçün hazır olduqlarını təsdiqlədi.

Görüş sıx əməkdaşlıq şəraitində keçdi, qarşıdakı fəaliyyətlərlə əlaqəli bəzi məsələlərə aydınlıq gətirildi və razılaşdırıldı. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardılar və gələcək təşəbbüslər üzərində işləmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəldilər.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment