1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 













Digər xəbərlər


Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
08.04.2021

Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramın maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilən “from Start to Smart” sahibkarlığa dəstək layihəsi ictimaiyyətə təqdim edilib. “from Start to Smart” - gənclər və qadınlar arasında sahibkarlığın, startapların inkişafına yönələn və mövcud su problemlərinin innovativ həllini prioritet götürən Sahibkarlığa Dəstək Proqramıdır. Gənclər və qadınlar arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyinin çatdırılması, regionlarda mövcud olan su problemlərinə innovativ həll yollarının tapılması və yeni iş imkanlarının yaradılması layihənin məqsədlərini təşkil edir.

Onlayn formatda baş tutan layihənin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, “New World” Proqramının meneceri və ABŞ Ticarət Palatasının ətraf mühit və davamlılıq üzrə vitseprezidenti Chuk Chavitovitz, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev, Milli Məclisin deputatları Könül Nurullayeva, Vüqar İskəndərov, Naqif Həmzəyev və Şahin Seyidzadə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova çıxış ediblər. 200-ə yaxın gəncin iştirakı ilə baş tutan tədbirin açılışını edən “Youth Inc.” Sahibkarlıq Proqramının meneceri Talifa İsgəndərli Proqramın fəaliyyəti, layihənin istiqamətləri, hədəfləri və görüləcək işlər barədə təqdimat edib. Tədbir açılış nitqi və layihənin təqdimatının ardınca rəsmi qonaqlara söz verilərək davam edib. Çıxış edən rəsmilər layihənin mövcud su problemlərinə öz töhfəsini verəcəyinə və cəmiyyətimiz üçün müsbət nəticələri olacağına, gənclər və qadınlar arasında sahibkarlığın təşviq edilməsinə təkan verəcəyinə inandıqlarını qeyd ediblər.

Həmçinin layihənin həyata keçirilməsində “Youth Inc.” heyətinə uğurlar arzu ediblər. 9 aylıq müddəti əhatə edən layihə 4 mərhələdən – İdeya Generasiyası, Pre-inkubasiya, İnkubasiya və Final mərhələlərindən ibarətdir. Həmçinin, layihə ölkəmizin müxtəlif iqtisadi regionlarını əhatə edəcək. İlkin mərhələ gənclərin və qadınların sahibkarlıq barədə məlumatlılığının artırılmasına həsr ediləcək. Növbəti mərhələdə bir həftəlik virtual “Boot Camp” çərçivəsində sessiyalar keçiriləcək, həmçinin mentor dəstəyi təmin ediləcək. İntensiv pre-inkubasiya mərhələsini tamamlayan gənclər inkubasiya mərhələsində prototipin yaradılmasında iştirak edəcəklər. Sonuncu mərhələ olan Final mərhələsində isə məzun olan komandalar ilə təqdimat və natiqlik bacarıqları inkşaf etdiriləcək və sonda investisiya əldə etmək üçün münsinfər heyəti qarşısına çıxacaqlar. Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 2011-ci ildən bu günədək 46 biznes layihənin dəstəkçisi olmaqla yanaşı, 31 biznes layihənin fəaliyyətə başlanmasına, 200-dən çox iş yerinin yaranmasına və 18.000- dən çox gəncin əhatə edilməsinə nail olmuşdur.

Növbəti addımlar və layihənin mərhələləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün “Youth Inc.” Sahibkarlıq Proqramının sosial media kanallarını izləyə bilərsiniz.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment