Digər xəbərlər


Milli pul nişanlarımıza dair məlumat
06.04.2021

İctimai marağı nəzərə alaraq Mərkəzi Bank bir daha bildirir ki, milli pul nişanlarımız Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış və Hökumət başçısının rəhbərlik etdiyi Pul İslahatı Komitəsinin qərarlarına uyğun olaraq xüsusi konsepsiya əsasında hazırlanır və dövriyyəyə buraxılır.

Məlum olduğu kimi, hazırda tədavüldə olan milli pul nişanları Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirlərindən sonra 2006-cı ildə dövriyyəyə buraxılmışdır. “Müstəqil Azərbaycan” mövzusuna həsr edilmiş bu Konsepsiya pul nişanları ayrı-ayrılıqda müxtəlif alt mövzuları - 1 manatlıq pul nişanı “Mədəniyyət və incəsənət”, 5 manatlıq pul nişanı “Yazı və ədəbiyyat”, 10 manatlıq pul nişanı “Tarix”, 20 manatlıq pul nişanı “Qarabağ”, 50 manatlıq pul nişanı “Təhsil və gələcək”, 100 manatlıq pul nişanı “İqtisadiyyat və inkişaf”, 200 manatlıq pul nişanı isə “Modern arxitektura” mövzusunu əhatə edir.

Qeyd edək ki, tədavüldə olduğu 15 il ərzində bu konsepsiya mövzusuna, estetik görünüşünə və mühafizə sisteminə görə aktuallığını saxlamaqdadır.

Bununla belə, beynəlxalq təcrübədən irəli gələrək pul nişanlarımızın təhlükəsizlik sistemlərinin gücləndirilməsi və onun saxtalaşdırılmasına qarşı dayanıqlılığının artırılması məqsədilə Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən onların dizaynı və mühafizə elementlərinin yenilənməsi həyata keçirilir.

Yenilənmə zamanı dövriyyədə olan pul nişanlarımızın üzərində əks olunmuş və müvafiq nominalın mövzusunu xarakterizə edən əsas dizayn elementləri əsas motiv kimi saxlanılmışdır. Hazırda beynəlxalq təcrübədə mövcud olan son innovasiyalar nəzərə alınmaqla, yenilənmiş 1, 5 və 50 manatlıqlar cari ilin əvvəlindən tədavülə buraxılmışdır.

Bildiririk ki, Mərkəzi Bank Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını da planlaşdırır.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment