Sığorta


Aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı fermerlərlə görüşlərə başlanılıb
15.09.2020

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, bu sahədə yerli fermer və sahibkarların məlumatlandırılması işləri çərçivəsində Aqrar Sığorta Fondu (ASF) Şamaxıda fermerlərlə görüşlər keçirib. 

Görüşdə ASF-nin rəhbərliyi, heyvandarlıq və bitkiçilik üzrə ekspertləri iştirak edib.

Şamaxıda yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər heyvandarlıq və üzümçülük təsərrüfatlarında baş tutub. 

Rayonun İkinci Çaylı kəndində yerləşən və fermer Habil Əzimova məxsus təsərrüfatda digər fermerlərin də iştirakı ilə keçirilən görüşdə kənd təsərrüfatı bitkiləri, o cümlədən üzümçülüklə bağlı risklər, təbiət hadisələrinin bitkiçiliyə təsiri, onların vurduğu zərər və onun tənzimlənməsi məsələləri müzakirə edilib. 

Görüşdə fermerlər xüsusilə dolu hadisəsinin üzümçülüyə təsiri barədə məlumat veriblər. Bəzi fermerlər son illər dolu hadisəsi nəticəsində böyük məbləğdə zərərlə üzləşdiklərini bildirərək bu hallardan sığortanın vacibliyini qeyd ediblər.

Fermerlərə məlumat verilib ki, aqrar sığorta üzüm bitkiləri və məhsullarının sığortalanmasını nəzərdə tutur və bu risklərə dolu hadisəsi də aiddir. Görüşdə zərərin və risklərin azaldılması üçün məhsullara aqrotexniki qulluğun və bitki mühafizə tədbirlərinin vacibliyi qeyd edilib, eləcə də üzüm sahələrinə dəyən zərərin qiymətləndirilməsi üsulları nümayiş etdirilib.

Rayonun Qızmeydan kəndində yerləşən və fermer İlham Səmədova məxsus olan heyvandarlıq təsərrüfatında keçirilən görüşdə isə kənd təsərrüfatı heyvanlarının sığortası, bunun üçün nəzərdə tutulan tələblər və risklər barədə müzakirələr aparılıb. Ətraf kəndlərdəki fermerlərin iştirakı ilə keçirilən görüşdə heyvanların saxlanma şəraiti, onlara qulluq, kənd təsərrüfatı heyvanlarının zədələnməsi və tələf olma səbəbləri açıqlanıb. İş adamları və fermerlər bildiriblər ki, heyvanların xəsarət alması və zədələnməsi halları ən çox xəstəliklərdən və infeksiya səbəbindən baş verir. Qeyd olunub ki, indiydək müxtəlif səbəblərdən heyvanların məhvi və zədələnməsi baş versə də, aqrar sığorta mexanizmi olmadığına görə onlara dəyən zərəri kompensasiya etmək mümün olmayıb. Fermerlər bildiriblər ki, aqrar sığorta mexanizminin işə düşməsi belə risklərin qarşısını almağa və zərəri qarşılamağa imkan verəcək.

Görüşlərdə aqrar sığorta ilə bağlı iş adamları və fermerlərin aqrar sığorta ilə bağlı rəyləri öyrənilib, sahibkarların təklifləri dinlənilib.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə ilk növbədə kənd təsərrüfatı heyvanlarının, kənd təsərrüfatı bitki və məhsullarının sığortalanması nəzərdə tutulur.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment