Digər xəbərlər


AZAL Moskva-Bakı reyslərində onlayn növbə sistemini tətbiq edir
11.09.2020

Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır. 

Pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcəkdir.

Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün WhatsApp mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə geri əlaqə forması vasitəsilə müraciət etməlisiniz:

• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120  

• WhatsApp: +7 916 901 23 80

Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər.

Aviaşirkət onlayn forma və WhatsApp  vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaqdır.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki,  qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur.

Qeyd edək ki, Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə  aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcəkdir.

Rusiyada koronavirus testindən keçmək üçün ölkənin Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan aşağıdakı tibb müəssisələrinə müraciət edə bilərsiniz:

- Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ

-  Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ

- “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ

- Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ

- Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ

-  “Təbabət” (“Medisina”) SC;

- “İNVİTRO müstəqil laboratoriyası” MMC;

- Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;

- “Laborator-diaqnostika mərkəzi” MMC;

- “Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.


Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Uçuş  zamanı pandemiya dövründə  xüsusi daşıma qaydaları tətbiq ediləcək. Həmin qaydalarla bağlı video ilə burada tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M 

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment