Digər xəbərlər


“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub
01.08.2020

UNEC, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “EduHack” hakatonu keçiriləcək.

Ölkədə ilk dəfə təhsil istiqamətində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan məsələlərin innovativ yolla həllini tapmaqdır. 

Hakatonun mövzusu Azərbaycan universitetləri ilə yanaşı, həm də xaricdəki nüfuzlu universitetlərin tələbə və məzunlarının da diqqətini çəkib. Hakatonda iştirak etmək üçün Azərbaycanın 24 universiteti ilə yanaşı, 11 xarici ölkənin 21 universitetindən ümumilikdə 283 müraciət daxil olub. ABŞ-ın Hyuston Universiteti, Keksom İnstitutu nəzdində Minerva məktəbi,  Kanadanın Toronto Universiteti, Birləşmiş Krallığın Edinburq Universiteti, Qlazqo Universiteti, Lancaster Universiteti, Türkiyənin Orta Doğu Tekniki Universiteti, Yıldız Texniki Universiteti, Sabancı Universiteti, Sakarya Universiteti, Özyeğin Universiteti, Ukraynanın Kiyev Politexnik Universiteti, Niderlandın Eindhoven Texnologiya Universiteti, Macarıstanın Korvinus Universiteti, Budapeşt Biznes Məktəbi, Szeged Universiteti, Estoniyanın Tallin Texniki Universiteti, Polşanın Varşava Universtiteti, Vistula Universiteti, Latviyanın Riqa Texnologiya Universiteti və İsrailin “ORT İsrael” məktəblər şəbəkəsi müraciət edənlər siyahısındadır.

Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər. İştirakçılar 3 gün ərzində (31 iyul, 1-2 avqust) öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər. 

Mükafat fondu 6000 AZN-dir və 1-ci yerin sahibi 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer isə 1000 AZN qazanacaq.

 

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment