1 USD 1.7000   1 EUR 1.9035   1 AED 0.4629   1 ARS 0.0284   1 AUD 1.1882   1 BRL 0.4200   1 BYN 0.8080   1 CAD 1.3007   1 CHF 1.7479   100 CLP 0.2275   1 CNY 0.2435   1 CZK 0.0748   1 DKK 0.2548   1 EGP 0.1060   1 GBP 2.2284   1 GEL 0.5936   1 HKD 0.2183   100 IDR 0.0122   1 ILS 0.4915   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5578   1 KGS 0.0243   100 KRW 0.1470   1 KWD 5.6030   1 KZT 0.0045   100 LBP 0.1128   1 MDL 0.0986   1 MXN 0.0904   1 MYR 0.4134   1 NOK 0.1931   1 NZD 1.1410   1 PLN 0.4466   1 RUB 0.0274   1 SAR 0.4530   1 SDR 2.3463   1 SEK 0.1824   1 SGD 1.2596   1 TJS 0.1753   1 TMT 0.4857   1 TRY 0.2858   1 TWD 0.0565   1 UAH 0.0714   100 UZS 0.0179   1 XAG 30.4661   1 XAU 2574.8115   1 XPD 3240.8884   1 XPT 1615.7480   1 ZAR 0.1214   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


CCIAF-in“Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfransın açılış sessiyası keçirilib
30.06.2020

İyunun 30-da Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə təşkil edilmiş “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfrans öz işinə başlayıb. Konfransda Fransanın ölkəmizdəki səfiri Zacharie Gross, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, KOBİA-nın sədr müavini Mehman Abbas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Fracassetti, MEDEF International-ın direktor müavini Geraldine Lemble iştirak edib. 

Onlayn konfrans iyulun 2-dək davam edəcək. Növbəti günlərdə CCIAF-in üzv şirkətləri - “Baker Tilly”, “Deloitte”, “Ekvita”, “EY Azərbaycan” və “PwC Azərbaycan” tərəfindən KOB-lar üçün turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı ilə bağlı seminarlar təşkil olunacaq.  

Onlayn konfransda çıxış edən CCIAF-in İdareəedici direktoru Zibər Hüseynova KOB-ların iqtisadiyyat üçün əhəmiyyəti və Palatanın post-pandemiya dövrü üçün KOB-lara dəstəyindən danışıb. CCIAF-in İdarə Heyətinin sədri Teybə Quliyeva təşkilatın KOBİA ilə əməkdaşlığı və bu əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədr müavini Mehman Abbas çıxışında koronavirus pandemiyasının kiçik və orta sahibkarlığa təsiri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dəstək proqramı, eləcə də Agentliyin KOB-lar üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, KOBIA-nın beynəlxalq təşkilatlarla birgə əməkdaşlığından, bu əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrdən də danışıb. 

Fransanın Azərbaycandakı səfiri Zacharie Gross Fransa hökumətinin KOB-ların özünü bərpasına dair tədbirlər planı, bu sahədə hökumətlərarası əməkdaşlıqdan danışıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev KOB-ların milli iqtisadi inkişaf üçün əhəmiyyəti barədə çıxış edib və iki dövlət arasında əməkdaşlığın mövcud vəziyyətdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas pandemiya və post-pandemiya dövründə KOB sahəsində həyata keçirilən proqramlar və reallaşdırılacaq layihələr barədə, bu sahədə KOBIA ilə əməkdaşlıqdan danışıb. O, “EU for Business” təşəbbüsü barədə detallı məlumat verərək, Aİ və Azərbaycan arasında əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib. AYİB-in Azərabycandakı rəhbəri İvana Duarte Bankın KOB-larla bağlı maliyyə dəstəyi proqramları, eləcə də dijitallaşma, pandemiya dövründə büdcənin idarə olunması kimi onlayn təlimlər barədə məlumat verib. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Fracassetti pandemiya dövründə zərər çəkən sahələrdən olan KOB sektorunun özünübərpasının vacibliyini diqqətə çatdıraraq təşkilatın bu dövr ərzində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.  O, E-Biznes platformasının yaradılması layihəsi, təşkilatın onlayn biznes inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi onlayn təlimlərdən danışıb.

“MEDEF International”ın direktor müavini Geraldine Lemble təşkilatda çoxlu sayda KOB-ların təmsil olunduğunu, pandemiyadan sonra onların özünübərpasına dəstəyin təşkilatın prioritetlərindən olduğunu, bu sahədə “MEDEF International”ın Azərbaycanda KOB-larla işləyən qurumlarla da sıx əməkdaşlıq etdiyini vurğulayıb. 

Sonda panelistlər onlayn konfrans iştiraçılarını maraqlandıran sualları cavablandırıblar. 


 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment