Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d. Təranə Bayramovanın məqaləsi
29.06.2020

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d. Təranə Bayramovanın “Trend” agentliyində işıqlanmış “HAMİLƏLİK VƏ COVİD-19” mövzusunda məqaləsini Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d. Təranə Bayramovanın müsahibəsi.

 Covid-19 nədir? SARS-CoV-2 virusunun səbəb olduğu infeksiya COVID-19 adlanır. Digər yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərini törədən viruslardan tək fərqi yoluxmanın və letallıq göstəricilərinin daha yüksək olmasıdır. Lakin yenə də ölüm səviyyəsi əvvəllər epidemiyaya səbəb olan koronaviruslardan (MERS-CoV, SARS-CoV) daha aşağıdır. Yeni koronavirusun letallıq göstəricisi 3-4% olduğu halda, SARS-CoV' 10%, MERS-CoV' 37% təşkil edir. Bu günə qədər dünyada  milyonlarla insanda yoluxma, minlərlə insanda isə ölüm baş vermişdir.

COVİD-19 əlamətləri. Yuxarı tənəffüs yollarının kəskin iltihabı zamanı görünən hərarət, quru öskürək, boğaz ağrısı, təngnəfəslik, yorğunluq, əzələlərdə ağrı kimi əlamətlər yeni tip koronavirus infeksiyası COVİD-19-a da məxsusdur. Ən çox rast gəlinən əlamət hərarətdir. Stasionara yerləşdirilən xəstələrin 90%-ində hərarət qeyd olunur. Unutmaq olmaz ki, xəstələrin 10%-ində yüksək temperatur izlənilmir. Digər çox rast gəlinən əlamətlərdən biri də öskürək olub, COVİD-19 xəstələrində rastgəlmə tezliyi 70% təşkil edir. Ağır hallarda böyrək çatışmazlığı , ishal, tənginəfəslik kimi əlamətlər müşahidə oluna bilər. Yeni tip koronavirus infeksiyası COVİD-19  zamanı hər hansı bir əlamət olmasa belə, xəstənin virus daşıyıcısı olma ehtimalını unutmaq olmaz.  

Covid-19-un hamiləlikdə gedişatı. Koronavirusa yoluxmuş hamilə qadın sayı çox az olduğu üçün hamiləlikdə COVİD-19-un gedişatı haqqında dəqiq məlumat yoxdur. Lakin aparılan tədqiqatlarda hamiləlik zamanı koronavirus ailəsindən olan SARS ve MERS infeksiyalarının gedişatının daha ağır keçdiyi göstərilmişdir. Buna görə də yeni tip koronavirus infeksiyası COVİD-19-un hamiləlikdə daha ağır gedişata malik ola biləcəyi təxmin edilməkdədir. 

COVİD-19 və yenidoğulmuş. Yenidoğulmuşların COVİD-19-a yoluxması haqqında məlumat az olmasına baxmayaraq bir çox mənbələrdə anadan dölə cift vasitəsilə yoluxmanın mümkün olmadığı qeyd edilir. Çində aparılan tədqiqatlarda COVİD-19-la yoluxan hamilələrin amnion mayesində, göbək ciyəsindən əldə olunmuş qanda, yenidoğulmuşun əsnəyindən və ana südündən alınan nümunələrdə koronavirus təsbit edilməmişdir. 

COVİD-19-un dölə təsiri. Hələki, koronavirusun dölün inkişafına mənfi təsir göstərməsi haqqında məlumat yoxdur. Bəzi elmi araşdırmalarda hamilələrdə yeni tip koronavirus infeksiyası COVİD-19-un vaxtından əvvəl doğuş, düşük, döldə inkişaf ləngiməsi və fetal distressə səbəb olduğu göstərilir.

COVİD-19 doğuş üsuluna təsiri. Koronavirus infeksiyası doğuş üsuluna təsir etmir. Cərrahi müdaxilə tibbi göstəriş olarsa, tətbiq edilə bilər. Eləcə də aparılan tədqiqatlarda normal fizioloji doğuş zamanı uşaqlıq yolu ifrazatı ilə yenidoğulmuşun yoluxması faktı göstərilməmişdir. Xarici ədəbiyyatda indiyə qədər COVID-19-la yoluxan 32 hamilə haqqında məlumat vardır. 32 hamilənin 15-ində (47%) vaxtından əvvəl doğuş müşahidə olunmuşdur. COVID-19-la yoluxmuş 32 qadının 27-sinin hamiləliyi cərrahi yolla başa çatdırılmışdır.

Belə olan hallarda isə südün sorucularla sağılıb körpəyə verilməsi tövsiyə edilir. 

Hamiləlik zamanı COVİD-19 müalicəsi. Xəstəliyin hələki, dəqiq müalicəsi yoxdur, ancaq COVID-19 müalicəsində remdesivir, hidroksixlorakin, lopinavir-ritonavir kimi dərmanların təsirli olub olmayacağı ilə bağlı tədqiqat işləri aparılmaqdadır. Hamilələrdə COVID-19 yoluxması zamanı hidroksixlorokin və lopinavir/ritonavir müalicəsinin təyini məqsədəuyğundur. Nəticə etibarilə, COVID-19 diaqnozu qoyulmuş hamilələrin müalicəsi, hamilə olmayanlarla eynidir. Sadəcə, COVID-19 müsbət çıxan hamilələrin müayinə və müalicəsi, lazım gələrsə doğumu 3 dərəcəli xəstəxanalarda aparılmalıdır. Xəstəxanada perinatoloq, neonatoloq, anestezioloq-reanimatoloq, infeksionist olmalıdır. Nəzarət, müayinə və müalicənin mənfi təzyiqli izolyasiyalı otaqlarda aparılması məsləhət görülür. Hamilə qadında COVID-19 müalicəsini oksigen verilməsi, empirik antibiotiklər, dölün ürək döyüntülərinin və uşaqlıq əzələsinin kontraksiyalarının izlənməsi, lazım gələrsə, mexaniki ventilyasiya və doğuşun vaxtında sonlandırılması təşkil edir. Hamilələrdə maye ilə artıq yüklənmə məsləhət görülmür. Normal hamiləlikdə komyuter tomoqrafiyası əks göstərişdir, lakin COVİD-19 zamanı komyuter tomoqrafiyasının çəkilməsi qaçınılmazdır.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment