Digər xəbərlər


CCIAF KOBIA-nın tərəfdaşlığı ilə KOB-lar üçün onlayn konfrans təşkil edir
25.06.2020

30 iyun – 2 iyul tarixlərində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” adlı onlayn konfrans təşkil edir. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə KOB-ları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır. 

Konfransın açılış günü (30 iyun) KOBİA-nın sədri Orxan Məmmədov, Fransanın ölkəmizdəki səfiri Zacharie Gross, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Fracassetti, Medef International-ın direktor müavini Geraldine Lembe çıxış edərək KOB-ların fəaliyyətinə dəstəklə bağlı tədbir və proqramlar barədə məlumatlarla çıxış edəcəklər. Açılış sessiyası ingilis dilində olacaq.  

Növbəti iki gün ərzində - 1 -2 iyul tarixlərində CCIAF-in üzvü olan Baker Tilly, Deloitte, Ekvita, EY Azərbaycan və PwC Azərbaycan şirkətlərinin ekspertləri turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı istiqamətlərində KOB-lara özünü bərpa mexanizmləri, post-pandemiya dövrü üçün biznes sektorunun bərpası istiqamətində hazırladıqları proqramlarla bağlı seminarlar həyata keçirəcəklər. Seminarlar Azərbaycan dilində həyata keçiriləcək.

Konfrans bütün KOB-lara açıqdır. Hər bir şəxs konfansda iştirak etmək üçün qeydiyyatdan keçməlidir. Konfransda iştirak pulsuzdur. Yalnız qeydiyyatdan keçmiş şəxslər konfransa qoşulma linki alacaq.

Açılış sessiyası üçün qeydiyyat: https://forms.gle/FTdgHwzz8f7U8F1T6

Seminarlar üçün qeydiyyat: https://forms.gle/9TgEeQkJWQ7u3m9j7

Qeydiyyat üçün son tarix: 28 iyun 2020

Qeyd edək ki, CCIAF 2016-cı ildən fəaliyyət göstərir və hazırda 60-dan çox yerli, fransız və beynəlxalq şirkət Palatanın üzvüdür. CCIAF-in əsas məqsədi Azərbaycan ilə Fransa arasında iqtisadi və dostluq əlaqələrinin gücləndirilməsinə kömək etməkdir. Palata üzv şirkətlər üçün yeni biznes tərəfdaşları, potensial müştəri və sahibkarlar ilə tanışlıq imkanlarının artırılması, mütəmadi olaraq mövcud bazar imkanları haqqında  məlumatların yayılması, biznes sahəsindəki yeni imkanlar barədə məlumatın ötürülməsi məqsədilə mütəmadi olaraq tədbirlər və biznes görüşlər həyata keçirir.


 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment