Banklar


“Global Finance” ölkənin ən yaxşı bankını müəyyən etdi!
19.03.2020

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən “Global Finance” jurnalı müxtəlif regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb. Bölgənin aparıcı maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı da ən yaxşı bank seçilib. Bank bu mükafata uğurlu fəaliyyət göstəricilərinə, müştəri ehtiyaclarına uyğun həyata keçirdiyi strateji layihələrə görə layiq görülüb. “Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb. 

Nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Credit Suisse (İsveçrə), Akbank (Türkiyə), ING (Niderland),  Alfa-Bank (Rusiya), Barclays (Böyük Britaniya), UniCredit (İtaliya) və digər banklar da var. Daha ətraflı məlumatlarla buradan tanış olmaq olar. 

“Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 188 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. Bu zaman hər bir bankın aktivlərinin həcmi və böyümə dinamikası, mənfəətliliyi, əlçatanlığı, strateji əlaqələri, biznesi inkişaf etdirməsi, innovativliyi və s. mühüm meyarlar kimi nəzərə alınır. 

“Global Finance” jurnalının “Ən yaxşı bank” seçdiyi Azərbaycan Beynəlxalq Bankı 2022-ci ilə qədər olan strateji hədəflərini ötən ilin sonlarından ictimaiyyətə elan edib. Korporativ və pərakəndə seqmentdə liderlik, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində rəqabətədavamlı bazar payı, rəqəmsal bankçılıq, yüksək müştəri məmnuniyyəti, nağdsız ödənişlərə dəstək, maliyyə sektorunda ən yaxşı işəgötürən olmaq bankın əsas strateji hədəflərinə daxildir. Bu hədəflərə çatmaq üçün bank hazırda çoxşaxəli layihələr  həyata  keçirir.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment