1 USD 1.7000   1 EUR 1.8804   1 AED 0.4629   1 ARS 0.0285   1 AUD 1.1580   1 BRL 0.4058   1 BYN 0.8310   1 CAD 1.2862   1 CHF 1.7178   100 CLP 0.2187   1 CNY 0.2425   1 CZK 0.0735   1 DKK 0.2516   1 EGP 0.1054   1 GBP 2.1969   1 GEL 0.5725   1 HKD 0.2171   100 IDR 0.0121   1 ILS 0.4893   1 INR 0.0237   100 IRR 0.0040   100 JPY 1.5622   1 KGS 0.0236   100 KRW 0.1461   1 KWD 5.5987   1 KZT 0.0044   100 LBP 0.1125   1 MDL 0.0968   1 MXN 0.0886   1 MYR 0.4093   1 NOK 0.1871   1 NZD 1.0881   1 PLN 0.4392   1 RUB 0.0267   1 SAR 0.4533   1 SDR 2.3367   1 SEK 0.1764   1 SGD 1.2496   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2957   1 TWD 0.0557   1 UAH 0.0704   100 UZS 0.0179   1 XAG 28.7649   1 XAU 2492.9309   1 XPD 2933.2649   1 XPT 1516.3235   1 ZAR 0.1156   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Banklar


Mirzə Şəfi Vazeh Berlinin Humboldt universitetində
06.11.2019

Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi,  o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək  Avropada tanıtdı.  Söhbət görkəmli azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi  Fridrix fon Bodenştedtdən gedir. 

Noyabr ayının 1-də Xalq Bankın, “Q Gallery Berlin”nin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkil etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt universitetində keçirilən konfrans “Xalq Əmanəti” layihəsi çərçivəsində yeni dərc olunan,  Mirzə Şəfi Vazehin “Bütün əsərləri”nin elmi ictimaiyyətə təqdimatına həsr olunub.

Humboldt universitetinin professoru Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından danışdı. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor,  3 dildə dərc olunan yeni kitabı  Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda  onun oxucularına qiymətli hədiyyə  kimi təqdim elədi.  Universitetin əsasən şərq ölkələri istiqamətində çalışan müəllim və tələbələrinin toplandığı konfransda həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirdi: 

Eva Maria Aux,  tarixçi alim: “Mənim fikrimcə bu təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə bu ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktnıın  özü artıq heç bir şərhə yer saxlamır”.   

Azərbaycnlı dilçi alim, professor Fəxrəddin Veysəlli  isə öz çıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını izah elədi.  Vazeh yaradıcılığının azərbaycan-alman mədəniyyətləri arasında  uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli  bu işdə  Fridrix fon Bodenştedtin də xüsusi  rolunu  qeyd elədi. Yeri gəlmişkən, eyni fikirləri alman alimlərdən də eşitdik. 

Almaniyanın nüfuzlu tarixçi alimlərindən biri, professor Udo Ştaynbax: - “Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, almaniyada Vazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən və bunun hər iki xalqa verdiyi gözəl tohfələrdən də kifayət qədər məlumatları  yoxdur. Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq.”  

Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli təqdimat həm də ədəbi-bədii müstəvidə də olmalı idi. Təşkilatçılar da bunu gözəl bilirdilər və həmin hissəni Berlin “Q Gallery Berlin” incəsənət mərkəzində qonaqlara təqdim elədilər. “Xalq Əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin bəhrəsi olaraq ərsəyə gəlməsi barədə məlumat verdi. O, ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəki işlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim elədi.  Mirzə Şəfi Vazeh yaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından sonra isə növbə  poeziya və musiqinin idi.   Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərlərini azərbaycan və alman dillərində səsləndirdilər.  Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəldi. 

Kristiana Foqt, aktrisa: “Maraqlıdır ki, Vazehin şeirləri mənə Höteni xatırlatdı. Ona görə də sirli şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə və asanlıqla səsləndirdim. Düzü dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki, bu mənim üçün gözlənilməz oldu.“ 

Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, azərbaycan və rus dillərində olan nüsxələri, eyni zamanda Xalq Bankın “Xalq Əmanəti” layihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edildi. 

 


     



23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru
26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi
 
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment