Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
09.10.2019
Bakı, FinanceTime. 08 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105019753 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.5675 AZN (10.0000%) və 101.1032 AZN (6.900%) olan 18 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.5496 (7.2000%), orta ölçülmüş qiyməti 100.7165 (7.1093%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39,833,900.00 AZN yerləşdirilmiş həcmi isə 10,000,000.00 AZN təşkil edilmişdir. İstiqrazların ödəmə tarixi 05.10.2021-ci il. Hərrac iştirakçıları 9 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.