Digər xəbərlər


Azərbaycan Turizm Bürosu Tbilisidə "Azerbaijan.Travel" qonaq mərkəzini açıb
07.10.2019

Bakı, FinanceTime. Oktyabrın 4-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılış mərasimi baş tutub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələrinin birləşdirdiyini vurğulayaraq qeyd edib ki, bu münasibət həm də turizm sahəsinin inkişafında özünü göstərir:
“Bu gün biz Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşərək Gürcüstan və Azərbaycanı əhatə edən birgə turların təşkili kimi bir sıra vacib məsələləri müzakirə etmişik.”

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə öz növbəsində nümayəndəliyin açılmasının Gürcüstan və onun vətəndaşları ilə Azərbaycan arasında bağlılığı daha da gücləndirəcəyini bildirib.

Azərbaycanın çoxsaylı səbəblərə görə ideal ölkə olduğunu qeyd edən Florian Zenqstşmid Azərbaycan xalqının öz mədəniyyətini və mətbəxini gürcüstanlı qonaqlarla paylaşmaqdan məmnun olduğunu diqqətə çatdırıb.
                                                              
O, Azərbaycana gələn səyahətçilərin 22%-ni Gürcüstan vətəndaşlarının təşkil etdiyini diqqətə çatdıraraq iki ölkə arasında vizasız rejimin bu saya müsbət təsir etdiyini, bu şəxslərin ölkəyə Tbilisidən birbaşa uçuşlar, təkmilləşdirilmiş dəmiryolu xətləri və quru yolu ilə gəldiklərini vurğulayıb.

Florian Zenqstşmid bildirib ki, Azərbaycan turizmin ümumdaxili məhsula yüksək töhfələr verdiyi ölkələr siyahısına daxil olmağı qarşısına məqsəd qoyub və növbəti 10 il ərzində bu töhfə illik 6% olacaq ki, bununla da Azərbaycan dünya turizm sektorunda ilk 20-likdə qərarlaşacaq.

Qeyd edək ki, "Azerbaijan.Travel" Azərbaycanın təklif etdiyi müxtəlif təcrübələri öyrənmək imkanı yaradan unikal konsepsiyadır. 
"Azerbaijan.Travel" görüntü və informasiyalarla yanaşı, turlar və səfərlər haqqında məlumat verə bilən, hətta bilet sifarişi ilə də məşğul olan turizm agentliyi rolunu oynayacaq

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment