Digər xəbərlər


BMqT-nin nümayəndəsi miqrasiya prosesləri və miqrantların hüquqlarının müzakirə olunduğu dəyirmi masanın işində iştirak etdi
03.10.2019

Bakı, FinanceTime. 30 sentyabrda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı və BMT-nin Rezident Əlaqələndiricisinin fəal iştirakı ilə “Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirildi.

Beynəlxalq tərəfdaşlar adından danışan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bu cür tədbirlərin əhəmiyyətini vurğuladı və miqrasiyanın aktuallığından, miqrasiya problemlərindən, eyni zamanda müasir dünyada miqrasiyanın verdiyi imkanlarından danışdı. Bu mənada böyük əhəmiyyətə malik olan və beynəlxalq miqrasiyaya ortaq bir yanaşmanı sərgiləyən "Nizamlı, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə qlobal Saazişin dövlətlər arası ilk razılaşma olduğunu qeyd edən İsakzai onun 2030 Dayanıqlı İnkişaf Gündəliyi ilə sız əlaqəli olduğunu bildirdi.

Ombudsman Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshakzai, Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov tədbirdə çıxış edərək, işin təkmilləşdirilməsinə dair ictimaiyyətin diqqәtinin miqrasiya məsələlərinə yönәldilmәsi və bu sahədə inkişafa nail olunması istiqamətində çevik mexanizmlərin icra edilməsi, bu prosesdə iştirakçılığın, əməkdaşlığın və kütləviliyin vacibliyini vurğulayıblar.

Dəyirmi masada Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev “Miqrantların hüquqlarının təbliği və təmini sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda çıxış edib. BMqT-nin Azərbaycanda ilk nümayəndəliyini 1996-cı ildə açdığını xatırladan Qyorqiyev, Bakı nümayəndəliyinin açılışından bəri  BMqT-nin müxtəlif layihələr çərçivəsində ilk növbədə Dövlət Miqrasiya Xidməti, Ombudsman, Əmək və Sosial Siyasət nazirlikləri daxil olmaqla Azərbaycan Hökuməti,  BMT-nin agentlikləri, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatlar ilə miqrasiyanın nizamlı idarə edilməsini təmin etmək, miqrantların hüquqlarını qorumaq, nizamsız miqrasiya və insan alverinin qarşısını almaq, miqrasiya problemləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək, miqrantların axtarışında kömək etmək, miqrasiya problemlərinin praktik həlli və ehtiyacı olan miqrantlara, o cümlədən qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərmək sahəsində çox sıx əməkdaşlıq etdiyini dedi. Qyorqiyevin sözlərinə görə 2018-ci ildə Azərbaycan da daxil olmaqla 164 ölkə tərəfindən imzalanmış Miqrasiya üzrə Qlobal Saziş beynəlxalq miqrasiya üzrə idarəetmənin təkmilləşdirilməsi və bugünkü miqrasiya ilə əlaqəli olan imkanların müəyyən olunması və problemlərin həlli üçün bir fürsət oldu.

BMqT-nin mütəxəssisləri tərəfindən hazırlanan Miqrasiya Strategiyası layihəsinin təsdiqlənməsi üçün Dövlət Miqrasiya Xidməti ilə paylaşıldığını xatırladan natiq, bunun səkkiz əsas hədəfi əhatə etdiyini dedi: “Bu məqsədlər institusional potensialın artırılması, miqrasiya ilə əlaqədar tədqiqatların sürətləndirilməsi, ictimai fəallığın təşviq edilməsi, əmək miqrasiyasının idarə edilməsininin gücləndirilməsi, inkişaf üçün diasporla bağlı strategiya hazırlamağı, effektiv inteqrasiya olunmuş sərhəd idarəetməsi üçün struktur və mexanizmləri inkişaf etdirmək, geri qayıdanlar üçün miqrasiya standartlarını inkişaf etdirmək və ayrıseçkiliyin qarşısının alınması, insan haqlarına hörmətin təşviq edilməsidir".

Qyorqiyev gələcək uğurlu əməkdaşlığın Azərbaycanı Miqrasiya və İnsan Haqları sahəsində liderlərdən birinə çevirəcəyinə inandığını bildirdi.

Çıxışlardan sonra Azərbaycanda miqrantların hüquqlarının qorunmasında vətəndaş cəmiyyətinin rolu barədə müzakirələr aparıldı.

 

 

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment