Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
25.09.2019
Bakı, FinanceTime. 24 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106018754 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 93.7555 AZN (11.0000%) və 100.6527 AZN (8.2499%) olan 17 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.2604 AZN (8.4000%), orta ölçülmüş qiyməti 100.4610 AZN (8.3231%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,529,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir. İstiqrazların ödəmə tarixi 20.09.2022-ci il. Hərrac iştirakçıları 25 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.