Dünya xəbərləri


Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım mükafatlandırıldı
25.07.2019

Bakı, FinanceTime.   “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilmişdi #WE2019 Xanım sahibkarlar üçün müsabiqənin qaliblərindən biri Billurə Bernard “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” nominasiyası üzrə mükafatlarılıb.

Cari ilin Yanvar - Fevral aylarını əhatə etmiş müsabiqədə ümumilikdə 161 xanım sahibkarın müraciəti toplanıldıqdan sonra nəticədə 5 xanım sahibkar mükafatlandırılıb. Mükafatlandırılmış Billurə Bernard artıq 3 ildir Nigeriyada yaşayır və “Cuisine Chez Billura” brendi ilə Azərbaycan kulinariyasının təbliğ edərək fəaliyyət göstərir. Qeyd edək ki, müsabiqənin digər qalibləri “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” nominasiyası üzrə isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olmuşdur.

Sahibkar xanımlar Azərbaycanlı dizayner tərəfindən hazırlanmış ekskluziv hədiyyələr, Türkiyədə keçirilmiş sahibkarlıq yönümlü tədbirlərə işgüzar səfər və AzərTürkBank tərəfindən “Gold Card” ilə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az” olmuşdur.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment