Digər xəbərlər


Sərnişin və Yük daşımalarına Nəzarət Qlobal Proqramı çərçivəsində regionlararası iclas keçirilib
29.07.2026

İyulun 28-də Özbəkistan Respublikasnın Daşkənd şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Sərnişin və Yük daşımalarına Nəzarət Qlobal Proqramı (PCCP) çərçivəsində 11-ci siyasi səviyyəli regionlararası iclas öz işinə başlayıb.

Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, ABŞ Dövlət Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhədlərin Təhlükəsizliyinin Təmin edilməsi Proqramı (EXBS), Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanın gömrük və digər müvafiq səlahiyyətli dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  nümayəndə heyətinin rəhbəri, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı çıxış edərək Azərbaycan gömrüyünün beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki səyləri, o cümlədən narkotiklərin və digər hüquqpozma predmetlərinin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətindəki fəaliyyəti barədə məlumat verib. Həmçinin gömrük sistemində həyata keçirilən islahatlar, rəqəmsal transformasiya və yeni texnologiyaların tətbiqi sahəsindəki təcrübə və əldə edilən nailiyyətlər iclas iştirakçılarının diqqətinə çatdırılıb, Orta Dəhlizin təhlükəsizliyinin təmin edilməsində gömrük orqanlarının birgə fəaliyyətinin vacibliyi vurğulanıb.

İyulun 30-dək davam edəcək iclasda PCCP-nin 2025-ci il üzrə qlobal icmalı və əsas nəticələri, Mərkəzi Asiya, Pakistan, Qara dəniz və Cənubi Qafqaz regionlarında Proqramın icrası üzrə əldə olunan irəliləyiş, nəticələr və tövsiyələr, Gömrük və Liman Nəzarət Qruplarının Regionlararası Şəbəkəsi (İREN) çərçivəsində həyata keçirilmiş beynəlxalq əməliyyatlar, ticarət asanlaşdırılması və hüquq-mühafizə fəaliyyətlərinin balanslaşdırılması, özəl sektorla tərəfdaşlıq və digər məsələlərin müzakirəsi panlaşdırılır.

Eləcə də Özbəkistan gömrük xidmətinin Mərkəzi Gömrük Laboratoriyası, Gömrük Rəsmiləşdirilməsi Mərkəzi və Hədəfləmə Mərkəzinin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment