Digər xəbərlər


Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusunun təmiri və çirkab suların təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi
27.07.2026

Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusunun təmiri və çirkab suların təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi üzrə Niyyət Bildirişinin (EOI) təqdim edilməsinə dəvət

Azərbaycan Respublikası Hökuməti Bakı ərazisində mövcud olan çirkab suların təmizlənməsi infrastrukturunun modernləşdirilməsi məqsədilə su təchizatı və kanalizasiya sahəsində irimiqyaslı modernləşdirmə proqramı həyata keçirir.

Həmin proqramın əsas tərkib hissəsi olaraq dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusunun təmiri və çirkab suların təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsinin (bundan sonra – “Layihə”) icrası üzrə satınalma prosesi başlayır. Proqramda məsləhətçi qismində çıxış edən Asiya İnkişaf Bankı (bundan sonra – “AİB”) prosesə dəstək göstərir.

Bakıdan təxminən 15 km şərqdə yerləşən Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusu (bundan sonra – “Hövsan ÇSTQ”) Azərbaycanda ən iri çirkab suların təmizlənməsi obyektidir və Bakı ərazisində əmələ gələn çirkab suların əhəmiyyətli hissəsini təmizləyir. Layihənin məqsədi çirkab suların təmizlənməsi qurğusunun təmiri və modernləşdirilməsi, habelə təkrar emal olunmuş su istehsal edən yeni qurğunun yaradılmasıdır. Bununla çirkab sular daha effektiv üsulla təmizlənəcək, suyun təkrar istifadəsinin əhatə dairəsi genişləndiriləcək və ölkənin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sına uyğun olaraq, su ehtiyatlarından dayanıqlı istifadə gücləndiriləcəkdir.

Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – “ADSEA”) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – İN) sahə üzrə ixtisaslı özəl sektor şirkətlərini və ya konsorsiumları Hövsan ÇSTQ-nin təmiri, maliyyələşdirilməsi, istismarı və texniki xidməti ilə yanaşı, təkrar emal olunmuş su istehsal edən yeni qurğunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidmətini əhatə edən işlər üzrə “Layihələndir–Tik–Maliyyələşdir–İdarə et–Təhvil ver” (DBFOM) modeli çərçivəsində Niyyət Bildirişini (bundan sonra – “EOI”) təqdim etməyə dəvət edir.

Niyyət Bildirişi potensial investorlar tərəfindən dolduraraq (əlavə olunmuş müraciət formasına uyğun olaraq) 2026-cı il 21 avqust tarixindən gec olmayaraq ppp@economy.gov.az ünvanına elektron qaydada təqdim edilməlidir.

Layihə haqqında əlavə məlumat üçün əlavə olunmuş Layihə Təqdimatı sənədinə baxın.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment