Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında ürək transplantasiyası əməliyyatlarının icrasına başlanılacaq
22.07.2026

22 iyul 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası əməliyyatlarını həyata keçirmək hüququnun verilməsi ilə əlaqədar iclas keçirilib. İclasda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi Elməddin Əliyev, ürək-damar cərrahları Kənan Əsədov və Nurlan Mahmudov, Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqları Mircəlal Kazımi və Kamran Beydullayev iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ilk növbədə iclasda edən həkimləri Azərbaycan Respublikasının Baş naziri tərəfindən imzalanmış Qərara əsasən hospitala ürək transplantasiyası əməliyyatlarını həyata keçirmək hüququnun verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib. İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, bu mühüm qərar Mərkəzi Gömrük Hospitalının uzun illər ərzində formalaşdırdığı yüksəkixtisaslı tibbi potensialın, müasir infrastrukturunun və peşəkar həkim komandasının dövlət səviyyəsində verilən yüksək qiymətin bariz nümunəsidir. Ürək transplantasiyası kimi mürəkkəb əməliyyatların həyata keçirilməsi hüququnun əldə olunması böyük etimad olmaqla yanaşı, həm də hospitalın hər bir tibb işçisinin üzərinə daha böyük məsuliyyət qoyur.

İdarə rəisi Ceyhun Məmmədov  qeyd edib ki, Mərkəzi Gömrük Hospitalı bu gün ölkənin aparıcı tibb müəssisələrindən biri kimi yüksəktexnologiyalı tibbi xidmətlərin göstərilməsi, mürəkkəb cərrahi əməliyyatların uğurla icrası və qaraciyər və böyrək transplantasiyası sahəsində qazandığı nailiyyətlərlə ölkənin səhiyyə sistemində özünəməxsus mövqeyə malikdir. Ürək transplantasiyası əməliyyatlarının da Mərkəzi Gömrük Hospitalında həyata keçirilməsi bu uğurların davamı olmaqla yanaşı, hospitalın fəaliyyətində yeni və mühüm mərhələnin başlanğıcıdır.

İdarə rəisi Ceyhun Məmmədov hospitalda ürək transplantasiyası əməliyyatlarının icrası ilə bağlı müvafiq tapşırıqlar verib, qarşıda duran məsul və şərəfli vəzifələrin uğurla yerinə yetirilməsi istiqamətində kollektivə uğurlar arzulayıb.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev çıxış edərək bildirib ki, hospitalda ürək transplantasiyası proqramının icrası üçün zəruri təşkilati və texniki hazırlıq işləri həyata keçirilir. O, əməliyyat bloklarının, reanimasiya və intensiv terapiya bölmələrinin, laborator xidmətin və diaqnostik imkanların bu mürəkkəb əməliyyatların icrasına tam hazır vəziyyətə gətirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

İclasda ürək-damar cərrahı Rəşad Mahmudov, Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi Elməddin Əliyev, transplantoloqlar Mircəlal Kazımi və Kamran Beydullayev çıxış edərək ürək transplantasiyası proqramının təşkili, donor və resipiyent seçiminin beynəlxalq meyarlara uyğun aparılması, əməliyyatöncəsi və əməliyyatdan sonrakı tibbi idarəetmə, eləcə də multidissiplinar komanda fəaliyyətinin koordinasiyası ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı ürək transplantasiyasının həyata keçirilməsi üçün tələb olunan tibbi protokollar, donor orqanların qəbulundan transplantasiyaya qədər bütün mərhələlərin təşkili, logistik təminat, pasiyentlərin uzunmüddətli müşahidəsi və keyfiyyətə nəzarət məsələləri geniş şəkildə nəzərdən keçirilib. 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2025-ci ilin fevral ayından etibarən meyit donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatlarının icrasına başlanılıb və bu əməliyyatlar uğurla davam etdirilir.

2025-ci ildən 2026-cı ilin iyul ayınadək hospitalda ümumilikdə 76 qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib. Bunlardan 14-ü meyit donordan qaraciyər transplantasiyası olub. Eyni dövrdə 109 böyrək transplantasiyası əməliyyatı icra edilib ki, onların da 19-u meyit donordan böyrək transplantasiyası təşkil edib.

Əldə olunan bu uğurlu nəticələr Mərkəzi Gömrük Hospitalında transplantologiya sahəsində formalaşdırılmış yüksəkixtisaslı tibbi komandanın peşəkarlığını, müasir infrastrukturun imkanlarını və orqan transplantasiyası üzrə yaradılmış etibarlı sistemin səmərəli fəaliyyətini bir daha təsdiqləyir. Hospitalda ürək transplantasiyası əməliyyatlarının icra edilməsi isə Azərbaycan səhiyyəsinin inkişafında irəliyə doğru atılmış növbəti əhəmiyyətli addım olacaqdır.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment