Bakı Fond Birjasının Listinq Komitəsinin yekdilliklə alınan qərarına əsasən, BANK "BTB" Açıq Səhmdar Cəmiyyətinin AZ1001009443 ISIN kodlu adi səhmləri BFB-nin Standart bazar listinq seqmentindən delistinq edilmişdir.
Qərar "Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları"nın 9.1.1-ci bəndinə uyğun olaraq qəbul edilmişdir.
Delistinq qərarı "Bank BTB" ASC-nin bank fəaliyyətini dayandıraraq təşkilati-hüquqi formasını dəyişdirməklə Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 iyul 2026-cı il tarixli, 6-1-14/2-10710/2026 nömrəli məktubunda əks olunmuş məlumatlar nəzərə alınmaqla qəbul edilmişdir.
Mərkəzi Bankın 05 iyun 2026-cı il tarixli, 6-1-14/2-8624/2026 nömrəli məktubuna əsasən, "Bank BTB" ASC-yə məxsus, dövlət qeydiyyat nömrəsi AZ1001009443 olan, nominal dəyəri 1 000 (min) manat təşkil edən 71 450 (yetmiş bir min dörd yüz əlli) ədəd adi səhmin qiymətli kağızların dövlət reyestrindən dövriyyədən çıxarıldığı barədə məlumat verilmiş və bu məsələnin Bakı Fond Birjasının daxili qaydalarına uyğun icra olunması məqsədəuyğun hesab edilmişdir.
Birjanın qaydalarına uyğun olaraq, səhmlərin delistinqi barədə qərar onun ictimaiyyətə açıqlandığı tarixdən 2 (iki) ay sonra qüvvəyə minəcəkdir.