Digər xəbərlər


Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığının genişləndirilməsinə dair müzakirələr aparılıb
16.07.2026

İqtisadiyyat nazirinin Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri ilə görüşündə və Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı, biznes dairələri arasında yeni tərəfdaşlıq imkanları müzakirə olunub, işbirliyinə dair sənəd imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri xanım Denisa Sakova ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı, yüksək səviyyəli təmasların və iqtisadi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə verdiyi töhfə, həmçinin bu istiqamətdə qarşılıqlı təşəbbüslərin önəmi vurğulanıb.

Tərəflər biznes və ticarət əlaqələrinin fəal dəstəklənməsi, enerji tədarükünün şaxələndirilməsi, sənaye, turizm, rəqəmsallaşma sahələrində birgə fəaliyyətin və investisiyaların təşviqi  imkanlarını müzakirə ediblər.

Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilər və sənaye, əczaçılıq, maliyyə, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, logistika, səhiyyə, daşınmaz əmlak və digər sahələri təmsil edən 100-ə yaxın şirkət nümayəndəsi iştirak ediblər.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində artan rolu, əlverişli işgüzar mühiti, nəqliyyat-logistika imkanları, eləcə də investorlar üçün təqdim edilən güzəştlər işbirliyi üçün yeni imkanlar açır.

Azərbaycanda investorlar üçün yaradılan fürsətlər barədə məlumat verilib. Ticarət, investisiya, sənaye, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə istehsalın təşviqi və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün geniş potensialın olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Ağdamda Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlinin qoyulması və həmin kənddə "Ağıllı kənd" layihəsinin icrası iki ölkə arasında əməkdaşlığın uğurlu nümunəsidir.

Nazir Qarabağın bərpasına verdiyi töhfəyə görə Slovakiya tərəfinə təşəkkürünü ifadə edib, forumun yeni biznes əlaqələrinin qurulmasına, qarşılıqlı investisiyaların artmasına və iqtisadi işbirliyinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Denisa Sakova ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artırılması, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və prioritet sahələr üzrə səmərəli əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və SARIO-nun xarici ticarət departamentinin rəhbəri Daniel Ondruş iki qurum arasında ixrac və investisiyaların təşviqi, biznes dialoqunun dəstəklənməsi və şirkətlər arasında əlaqələrin qurulması istiqamətində əməkdaşlığın davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, forum hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkət və qurumları bir araya gətirərək yeni tərəfdaşlıqların formalaşdırılması üçün praktiki platforma rolunu oynayır.

Tədbirdə slovakiyalı həmkarlar bu ilin sentyabrında ölkəmizdə keçirilməsi planlaşdırılan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunublar.  

Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosu və “Slovakia Travel” milli turizm təşkilatı arasında işbirliyinin inkişafını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

Forumda Azərbaycan və Slovakiyanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Biznes forum B2B formatda görüşlərlə davam edib.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment