Digər xəbərlər


Azərbaycan və BVF arasında fiskal siyasət və institusional inkişaf üzrə əməkdaşlıq müzakirə edilib
16.07.2026

Azərbaycan və BVF arasında fiskal siyasət və institusional inkişaf üzrə əməkdaşlıq müzakirə edilib

İyulun 15-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan iqtisadiyyatındakı inkişaf meyilləri, fiskal siyasət, ortamüddətli perspektivlər, habelə növbəti IV Maddə məsləhətləşmələrinin əsas istiqamətləri və potensialın inkişafı sahəsində BVF tərəfindən gələcəkdə Azərbaycana göstəriləcək dəstəyin prioritet istiqamətləri müzakirə olunub.

Anar Kərimov son illərdə ölkəmizdə həyata keçirilən fiskal islahatlar barədə ətraflı məlumat verərək bildirib ki, ortamüddətli fiskal çərçivənin tətbiqi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, dövlət borcunun dayanıqlı səviyyədə saxlanılması, Dövlət Neft Fondunun aktivlərinin qorunması və büdcə xərclərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, ortamüddətli dövrdə dövlət büdcəsinin qeyri-neft gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndirilməsi, Dövlət Neft Fondundan transfertlərin mərhələli şəkildə azaldılması və fiskal dayanıqlığın daha da gücləndirilməsi hökumətin əsas prioritetləri sırasındadır.

Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edən  A.Kərimov nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirildiyini, ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsinin mərhələli şəkildə artırıldığını və bu islahatların dövlət vəsaitlərinin daha səmərəli idarə edilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Eyni zamanda, dövlət maliyyəsinin idarə olunmasının rəqəmsallaşdırılması, dövlət müəssisələrinin monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və büdcə şəffaflığının artırılması istiqamətində həyata keçirilən addımlar da nəzərdən keçirilib.

Öz növbəsində, xanım A.Bordon Azərbaycan hökuməti ilə BVF arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, ölkədə dövlət maliyyəsinin idarə olunması və makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O, BVF-nin bundan sonra da iqtisadi siyasətin təkmilləşdirilməsi, fiskal idarəetmə və institusional potensialın gücləndirilməsi sahələrində Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Görüş çərçivəsində, həmçinin, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, yaşıl inkişaf gündəliyi və işğaldan azad edilmiş ərazilərin bərpası da daxil olmaqla, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment