Bakı Fond Birjasının (BFB) Listing Komitəsinin 14 iyul 2026-cı il tarixində keçirilmiş iclasında "Bank Respublika" ASC-nin səhmlərin nominal dəyərinin dəyişdirilməsi ilə bağlı müraciətə baxılmışdır.
Komitənin qərarına əsasən, "Bank Respublika" ASC tərəfindən AZ1002002884 ISIN nömrəli qiymətli kağızların nominal dəyərinin dəyişdirilməsi səbəbilə həmin səhmlərin AZ1003002883 ISIN kodlu qiymətli kağızlarla əvəzlənməsi qərara alınmışdır.
Qərara əsasən, AZ1003002883 ISIN kodlu qiymətli kağızlarların nominal dəyəri 6.65 (altı manat altmış beş qəpik) manat, yerləşdirilmiş qiymətli kağızlarların miqdarı isə 30 188 200 (otuz milyon yüz səksən səkkiz min iki yüz) ədəd təyin edilmişdir.
Qərar bu gündən – 14 iyul 2026-cı il tarixindən qüvvəyə minir.
Qeyd edək ki, bu dəyişiklik "Bank Respublika" ASC tərəfindən 13 iyul 2026-cı il tarixində təqdim olunan müraciət əsasında həyata keçirilmişdir.