"KƏPƏZ BOKT" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
14.07.2026
6 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2014020807 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac14.07.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"KƏPƏZ BOKT" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2014020807
İstiqrazların növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
15%
Hərrac qiyməti
100 manat
İstiqrazların reallaşdırılmış həcmi
1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
1,000,000 manat
İnvestor sayı
50
Sifariş sayı
50
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir