Banklar


AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
14.07.2026

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə nəticələrini açıqlayır. 

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

2026-cı ilin 1-ci yarısının nəticələrinə görə AccessBank-ın xalis mənfəəti 34,4% və ya 7,2 mln manat artaraq 28.1 milyon manat təşkil edib. 2026-cı ilin 1-ci yarısı ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 12% və ya 28.2 milyon artaraq 262.6 milyon manata yüksəlmişdir.

Artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozit portfelinin böyüməsi, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

    • Kredit portfeli 12.8% və ya 156.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 381.4 milyon manat təşkil edib.

    • Kredit portfelinin 75.4%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1042.1 milyon manatdır.  Bu göstərici bankın real sektorun maliyyələşdirilməsinə, biznes subyektlərinin inkişafına və sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəlmiş strateji yanaşmasını əks etdirir

    • Depozit portfeli 1.7% və ya 17.7 milyon manat artıb və hesabat dövrün sonuna 1 084.6 milyon manat təşkil edib. Bu da bankın dayanıqlığının və müştəri etimadının sabit şəkildə güclənməsinin göstəricisidir.

    • Eyni zamanda, AccessBank cari ilin 1-ci yarısında beynəlxalq nüfuzlu xarici kreditorlardan 47.3 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır. 

    • Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% çoxdur.

    • Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.4% artaraq 141.3 milyon manata yüksəlib. Xalis faiz gəlirləri isə 10.9 milyon artaraq 84.9 milyon manat təşkil edib. 

    • Əlavə olaraq, hesabat dövrü ərzində qeyri-faiz gəlirləri 8.6 milyon manat olub. 

    • Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci yarısında 41.3 milyon manata çatıb. 

    • Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 82.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir. 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment