Digər xəbərlər


Sahibkarlar biznesə dövlət dəstəyinin yeni mexanizmləri barədə məlumatlandırılıblar
14.07.2026

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Balakən rayonunda sahibkarlarla görüşündə biznesin inkişafına dəstək mexanizmlərinin genişləndirilməsi və yeni alətlərin tətbiqi barədə məlumat verilib. 

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə özəl sektorun inkişafı prioritet istiqamətlərdəndir və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft-qaz sektorunun inkişafı, istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Bildirilib ki, regionların, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonunun mövcud potensialından daha səmərəli istifadə olunması, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı və ixracyönümlü  istehsalın genişləndirilməsi iqtisadi inkişafa mühüm töhfə verə bilər. Mövcud iqtisadi potensialın reallaşdırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir və sahibkarlara yeni dəstək alətləri təqdim olunur. Sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən fəal yararlanmağa və yeni layihələr üzrə təşəbbüslər irəli sürməyə dəvət edilib.

Görüşdə biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi mövzusunda təqdimat keçirilib. Məlumat verilib ki, 10 il müddətinə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının xarici bazarlara ixracı zamanı yaranan daşıma xərclərinin 50-70%-i dövlət tərəfindən qarşılanacaq. Gömrük rəsmiləşdirmə xərclərinin kompensasiyası mexanizminin tətbiqi nəticəsində isə mikro, kiçik və orta ixracatçıların ödədiyi gömrük rəsmiləşdirməsinə görə dövlət büdcəsindən kompensasiya ödəniləcək, bununla ixracın maya dəyəri aşağı düşəcək. Bu dəstək mexanizminin tətbiqi 5 il müddətinə nəzərdə tutulub.

Kreditlərə təminat və faiz subsidiyası mexanizminin tətbiqi ilə manatla kredit götürən sahibkara dövlət zəmanəti verilir, həmçinin kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50%-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Bu mexanizm 2030-cu ilədək Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər bütün ərazilərində tətbiq ediləcək.

2027–2030-cu illəri əhatə edəcək elektrik şəbəkəsinə qoşulma subsidiyasının tətbiqi ilə yeni sənaye və kənd təsərrüfatı obyektləri şəbəkəyə qoşularkən ödədikləri qoşulma haqqının 50%-i dövlət tərəfindən qarşılanacaq.

Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən iri layihələr sürətləndirilmiş qaydada, vahid pəncərə prinsipi ilə icra olunacaq ki, bu da icra müddətini təxminən 30-40% qısaldacaq.

Görüşdə sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev regionun inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən sahibkarlara mühüm dəstək göstərildiyini vurğulayıb, bu baxımdan yeni mexanizmlərin və belə görüşlərin önəmini qeyd edib.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment