Digər xəbərlər


Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün tərəfdaşları London İqlim Fəaliyyəti Həftəsində bir araya gəlib
13.07.2026

COP29 zamanı Bakıda yaradılmış qlobal platforma olan Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün (Taxonomy Roadmap Initiative – TRI) tərəfdaşları və müşahidəçiləri London İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində davamlı maliyyə taksonomiyalarının gələcəyinə həsr olunmuş bir sıra işçi sessiyalarında bir araya gəlib. Taksonomiya Yol Xəritəsi Təşəbbüsü və Davamlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN) tərəfindən təşkil edilən müzakirələrdə TRI tərəfdaşları ilə yanaşı, COP30 və COP31 sədrliklərinin nümayəndələri, beynəlxalq təşkilatlar və bazar iştirakçıları iştirak edib.

Dünya Bankı Qrupunun ev sahibliyi etdiyi sessiyalar SBFN ilə tərəfdaşlıq çərçivəsində təşkil edilib. Tədbir Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün həyata keçirilməsi baxımından mühüm mərhələ idi. O, prioritetlərin uzlaşdırılması və ortaq fəaliyyət gündəliyinin inkişaf etdirilməsi məqsədilə dayanıqlı maliyyə taksonomiyaları sahəsində fəaliyyət göstərən aparıcı təşkilat və təşəbbüsləri bir araya gətirib.

İştirakçılar Təşəbbüsün fəaliyyəti istiqamətində mühüm təkamülü yenidən təsdiqlədilər – diqqət taksonomiyaların hazırlanması və qarşılıqlı fəaliyyətin təşviqindən onların praktik tətbiqinin dəstəklənməsi və ölçülə bilən nəticələrin əldə edilməsinə yönəlib. COP29-da başlayan və Belemdə keçirilən COP30-da Fəaliyyət Gündəliyinə daxil edilən Həllərin Sürətləndirilməsi Planı statusu qazanmış işlərə əsaslanaraq, tərəfdaşlar razılaşdılar ki, növbəti əsas prioritet ölkələrə milli çərçivələrin tətbiqi, kapitalın mobilizasiyası və real iqtisadiyyatda konkret nəticələrin nümayiş etdirilməsi vasitəsilə taksonomiyaları praktiki həyata keçirilməsinə dəstək verməkdən ibarətdir.

İştirakçılar həmçinin COP31 çərçivəsində Antalyada TRI-nin əsas nəticələrinin vahid paket şəklində təqdim olunması ilə bağlı baxışlarını bölüşüblər. Bu paketə Təşəbbüsün Qarşılıqlı Fəaliyyət Prinsipləri, tətbiq nümunələrinə xüsusi diqqət yetirən İllik Tərəqqi Hesabatı, Taksonomiyanın Effektivliyinin Özünüqiymətləndirmə Metodologiyası və Taksonomiya Xəritələndiricisi (Taxonomy Mapper) daxil olacaq. Bu nəticələr bir arada Təşəbbüsün ümumi prinsipləri və praktik alətlərin formalaşdırılmasından onların tətbiqinə dair sübutların yaradılması və təsirin ölçülməsi mərhələsinə keçidini nümayiş etdirəcək.

Sessiyalarda COP30 (Braziliya) və COP31 (Türkiyə) sədrliklərinin nümayəndələri, eləcə də Avstraliyanın Dayanıqlı Maliyyə Taksonomiyasına rəhbərlik edən ASFI iştirak edərək Təşəbbüsə dəstəklərini ifadə etdilər. Qeyd olundu ki, TRI-nin taksonomiya sahəsində fəaliyyəti Bakıdan Belemə Yol Xəritəsi və COP Fəaliyyət Gündəliyi çərçivəsində yer alır ki, bu da müxtəlif COP dövrləri arasında siyasi lövbər və institusional dayanıqlığı təmin edir. COP31-ə hazırlıq kontekstində Türkiyənin Dayanıqlı Maliyyə Taksonomiyasının hazırlanmasına rəhbərlik edən Türkiyə Respublikası Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin nümayəndəsi keçid maliyyələşdirilməsi və qarşılıqlı fəaliyyət üzrə daha strukturlaşdırılmış beynəlxalq dialoqu əhatə edən milli prioritetləri təqdim edib, həmçinin Türkiyənin Təşəbbüsü dəstəkləməyə və qlobal gündəliyi ölkə səviyyəsində praktik alətlərlə əlaqələndirməyə hazır olduğunu vurğulayıb.

Təşəbbüs COP31-in Antalyada keçirilməsinə qədər tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində bu nəticələrin hazırlanmasını davam etdirəcək. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin dayanıqlı maliyyə taksonomiyalarını hazırlaması, tətbiq etməsi və təkmilləşdirməsi məqsədilə potensialın artırılması, texniki yardım və bilik mübadiləsinə daha geniş diqqət ayrılacaq.


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment