“MJ Financial Services BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
10.07.2026
6 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002023169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
“MJ Financial Services BOKT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002023169
İstiqraqzların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
20,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
Buraxılış həcmi
2,000,000 manat
İllik gəlirlilik faizi
16%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) bir ödəniləcəkdir