Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün mallar və nəqliyyat vasitələri üzərində aparılan yoxlamalara dair canlı simulyasiya təlimi keçirilib.
Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda keçirilən təlimdə ərazi və ixtisaslaşmış gömrük orqanlarının əməkdaşları iştirak edib.
Təlimin məqsədi malların və nəqliyyat vasitələrinin yoxlanılmasında birbaşa iştirak edən əməkdaşların bilik və bacarıqlarının artırılması, gömrük nəzarətinin effektivliyinin yüksəldilməsidir.
Təlim çərçivəsində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən iştirakçılara yoxlama fəaliyyətinin hüquqi əsasları və yoxlama metodologiyasına dair təqdimat nümayiş etdirilib, situasiya nümunələri əsasında praktiki tapşırıqlar icra olunub.