Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları üçün “Səhiyyə müəssisələrinin
09.07.2026

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları üçün “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

9 iyul 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları üçün “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təbliğat sektorunun rəisi Əlibala Əlizadə, Dövlət Gömrük Komitəsinin yanğın təhlükəsizliyi üzrə mütəxəssis Zaur  Əliskəndərov, şöbə rəisləri və əməkdaşlar iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşlarına fövqəladə hallar, o cümlədən xəstəxanalarda  yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının, fövqəladə hallara operativ və düzgün reaksiya verilməsi üçün əməkdaşların nəzəri bilik və praktiki bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Rəis müavini Şahlar Mirqasım bildirib ki, belə maarifləndirici tədbirlər əməkdaşlarda təhlükəsizlik mədəniyyətinin formalaşmasına, risklərin minimuma endirilməsinə və pasiyentlərin, eləcə əməkdaşların hazırlıq səviyyəsinin artırılmasına imkan yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat sektorunun rəisi Əlibala Əlizadə tədbirdə təqdimatla çıxış edərək səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi, xəstəxanalarda yanğın risklərinin qarşısının alınması, yanğın baş verdiyi zaman əməkdaşların operativ və düzgün hərəkət etməsi, xəstələrin təhlükəsiz və çevik şəkildə təxliyəsinin təşkili, təxliyə yollarının daim açıq saxlanılması, yanğın xəbərverici sistemlərin saz vəziyyətdə olması,  eləcə də tibb müəssisələrində istifadə olunan elektrik və qaz avadanlıqlarından təhlükəsiz istifadə,  elektrik cihaz və qurğularının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri yoxlanılması barədə ətraflı məlumat verib.

O, bildirib ki,  səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi təkcə maddi sərvətlərin deyil, ilk növbədə insan həyatının qorunmasına xidmət edir. Bu baxımdan hər bir əməkdaşın fövqəladə hallarda üzərinə düşən vəzifələri bilməsi və təhlükəsizlik qaydalarına ciddi əməl etməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirici çarxlar nümayiş olunub. 

Tədbirin sonunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərinin mütəmadi təşkili əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə, operativ qərarvermə bacarıqlarının inkişafına və səhiyyə müəssisələrində təhlükəsizliyin təmin edilməsinə xidmət edən mühüm amillərdəndir.


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment