Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsində yeni ixtisaslaşmaya qəbul elan edib.
Bu ildən etibarən Akademiyanın magistratura səviyyəsində “İnformasiya texnologiyaları” ixtisasının “İdarəetmədə informasiya sistemləri” ixtisaslaşmasına da tələbə qəbulu aparılacaq.
Bununla da növbəti tədris ilindən etibarən DGKA-da magistratura səviyyəsində ixtisaslaşmaların sayı 3-ə çatacaq.
Belə ki, qəbul “Dünya iqtisadiyyatı” ixtisasının “Gömrük işi”, “Hüquqşünaslıq” ixtisasının “Beynəlxalq iqtisadi hüquq”, “İnformasiya texnologiyaları” ixtisasının “İdarəetmədə informasiya sistemləri” ixtisaslaşmaları üzrə həyata keçiriləcək.