7–8 iyul 2026-cı il tarixlərində Bakı Fond Birjası Türkiyənin aparıcı şirkətilərindən olan “Global Menkul Değerler” A.Ş. və onun müştərisi Azərbaycanda yanacaqdoldurma şəbəkələri olan “NP Petrol”un rəhbərliyini qəbul edilib.
Səfərin əsas məqsədi “NP Petrol”un Bakı Fond Birjasında ilkin kütləvi təklif (İKT) yerləşdirməsinə dair müzakirələrin aparılması olub.
Eyni zamanda nümayəndə heyəti BFB-nin rəhbərliyi və listinq komandası ilə Azərbaycan kapital bazarı qanunvericiliyinə uyğun listinq prosesi, tənzimləyici tələblər və İKT çərçivəsi üzrə ətraflı müzakirələr aparıb. Tərəflər İKT-nin potensial vaxt çərçivəsi və strukturunu da nəzərdən keçirib.
Görüş zamanı Bakı Fond Birjası və “NP Petrol” arasında Listinq Məsləhət Proqramı (LMP) müqaviləsi imzalanmışdır.
Qeyd edək ki, “NP Petrol” şirkəti Naxçıvan Muxtar Respublikasının 9 bölgəsində yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edən regionun yanacaq təchizatı sahəsində mühüm rol oynayan şirkətlərdən biridir.
Səfər çərçivəsində nümayəndə heyəti yerli kapital bazarında fəaliyyət göstərən bir sıra investisiya şirkətləri ilə də görüşlər keçirib. Həmin görüşlərdə potensial anderraytinq, habelə yerli kapital bazarının strukturu, investor marağı və bazar təcrübəsi müzakirə edilib.