Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Özbəkistan Respublikasının Bank və Maliyyə Akademiyası arasında əməkdaşlıq çərçivəsində Akademiyanın magistr proqramında təhsil alan tələbələr ARDNF-yə səfər ediblər.
Ötən həftə baş tutan səfər çərçivəsində tələbələr ARDNF-nin inzibati binası və muzey ilə tanış olduqdan sonra Fond əməkdaşları tərəfindən keçirilən infosessiyada iştirak ediblər.
İnfosessiya zamanı ARDNF-nin Strateji kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnarə Hüseynova tələbələrə Fondun missiyası, məqsədləri və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.
Daha sonra İnvestisiya departamentinin baş treyderi Fuad İskəndərov Fondun investisiya portfeli və aktivlərin idarə olunması fəaliyyəti barədə təqdimatla çıxış edib. Strateji layihələr departamentinin aparıcı təhlilçisi Rüfət İsmayılov strateji layihələrdə Fondun rolundan, neft-qaz gəlirlərindən, həmin departamentin baş mütəxəssisi Aysel Sadıqlı isə Fondun maliyyələşdirdiyi təhsil layihələrindən və bu layihələrin insan kapitalının inki verdiyi töhfələrdən danışıb.
Sessiyanın sonunda Fond əməkdaşları tələbələri maraqlandıran suallara cavab verərək, şəxsi təcrübələrini və peşəkar tövsiyələrini bölüşüblər.