Dünya xəbərləri


Turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı gücləndirilir
06.04.2026

Aprelin 2-də Antalya şəhərində Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 5-ci iclası keçirilib.

İclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional turizm və mədəni irsin idarə olunması, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin 2026-cı il üçün birgə Fəaliyyət Proqramının hazırlanması mövzularına toxunulub.

İclas Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun həmsədrliyi ilə keçirilib və tədbirdə turizm sənayesi üzrə ixtisaslaşmış qurumların nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində 2025-ci il üzrə Birgə Fəaliyyət Planının icrası qiymətləndirilib, 2026-cı il üçün yeni Birgə Fəaliyyət Planı üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.

Həmçinin BMT Turizm Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Lahıc üçün BMT Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” nominasiyası üzrə müraciəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Xüsusilə Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən turizm paytaxtı elan edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bununla yanaşı, DTA sədri Fuad Nağıyevin adından Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya Şuşada keçiriləcək Turizm Nazirlərinin 7-ci görüşündə və Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasında iştiraka dair dəvət çatdırılıb.

İclas çərçivəsində COP31 ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycanın 2024-cü ilin noyabr ayında uğurla ev sahibliyi etdiyi COP29 tədbiri xüsusi vurğulanıb. Qeyd edilib ki, COP tarixində ilk dəfə olaraq turizm mövzusu tematik gündəliyə daxil edilib və bu sahədə Azərbaycan təcrübəsinin Türkiyə tərəfi ilə paylaşılması barədə razılıq əldə olunub.

Bununla yanaşı, İstanbulda fəaliyyətə başlayan Azərbaycan Turizm Bürosunun nümayəndəlik ofisinin iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, sənaye nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi və B2B formatlı görüşlərin təşkili baxımından rolu qeyd olunub.

Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Hotel Assosiasiyası (AHA), həmçinin Türkiyə tərəfdən Türkiyə Hotel Assosiasiyası (TÜROB) və Türkiyə Səyahət Agentliklər Birliyi (TÜRSAB) nümayəndələri iştirak ediblər.

İclasın yekununda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment