Dünya xəbərləri


UNESCAP-ın dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumu keçirilib
02.03.2026

Azərbaycan Banqkokda keçirilən UNESCAP-ın dayanıqlı inkişafa dair 13-cü Regional Forumunda təmsil olunub.

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok şəhərində keçirilən və dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forum başa çatıb. İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Forumun sədr müavini qismində ölkəmizi təmsil edib.

Forumun açılış mərasimində çıxış edən H.Hüseynov Azərbaycanın dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər, həyata keçirilən struktur və institusional islahatlar barədə məlumat verib. Ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərlə uzlaşdırılaraq sistemli şəkildə icra olunduğu diqqətə çatdırılıb.

Azərbaycanın sədrliyi ilə keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə regional tərəqqinin və imkanların nəzərdən keçirilməsi” adlı sessiyada Asiya və Sakit Okean regionunda DİM-lər üzrə əldə olunan nəticələr təhlil edilib. BMT sisteminin regional səviyyədə fəaliyyəti və DİM-lərin icrası üzrə mövcud çağırışlar ətrafında müzakirələr aparılıb.

Forum çərçivəsində Azərbaycanın rəhbərliyi ilə “Yekun hesabatlılıq, nümayəndə heyətlərinin səlahiyyətlərinin nəzərdən keçirilməsi, məruzə sessiyaları və ümumi öhdəliklərin müzakirəsi” üzrə plenar müzakirələr keçirilib.

9-cu DİM (Sənaye, innovasiya və infrastruktur) üzrə dəyirmi masada dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrin iştirakı ilə keçirilən müzakirələrin nəticələri ümumi plenar iclasa təqdim edilib.

Tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib. Forumda təmiz su və sanitariya xidmətlərinə çıxışın artırılması, əlçatan və təmiz enerji, sənaye, innovasiya və infrastrukturun inkişafı, eləcə də inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin təşviqi ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, əldə olunan irəliləyiş və regional əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, BMT-nin İnkişaf üçün IV Beynəlxalq Maliyyələşdirmə Konfransının nəticələri müzakirə edilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment