1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr.Naidə Novruzova
25.05.2023

Qalxanvari vəzi hormonlarının dəyişikliyinin orqanizmdə yaratdığı fəsadlar

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr.Naidə Novruzova “Həkim məsləhəti” rubrikasında  “Qalxanvari vəzi hormonlarının dəyişikliyinin orqanizmdə yaratdığı fəsadlar” barədə ətraflı məlumat verib. Dr.Naidə Novruzova bildirir ki, qalxanvari vəzi istehsal etdiyi hormonlar hesabına orqanizmdə maddələr mübadiləsinə cavabdehlik daşıyan unikal orqandır. Hormonlar kifayət qədər olmadıqda bütün maddələr mübadiləsi ləngiyir və zəifləyir. Hormonlar artıq olduqda isə maddələr mübadiləsi prosesi sürətlənir. Hər iki hal orqanizmə mənfi təsir gostərir.

Qalxanvari vəzi sinir sisteminə təsir edir: hormonlar artıq olduqda insan qıcıqlanmıs-əsəbi, həyəcanlı, kövrək olur. Qalxanvari vəzi hormonları sinir sistemini oyadır ve stimulyasiya edir. Hormon kifayət etmədikdə yuxululuq, əzginlik, yorgunluq halları müşahidə olunur.

Ürək-damar sistemi də qalxanvari vəzi funksiyasi pozğunluğunda əziyyət çəkir. Qalxanvari vəzi funksiyasının artması zamanı ürək döyüntülərinin sayının artması, sürətlənməsi, arterial təzyiqin dəyişkən olması, ritm pozğunluqları ortaya cıxır. Qalxanvari vəzi hormonu yetməzliyində isə xolesterin yüksəlməsi müşahidə oluna bilər, bu da ürək-damar xəstəliyinin sürətlə proqressivləşməsinə gətirib çıxara bilər.

Qalxanvari vəzi hormonlarının dəyişikliyi həzm mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Qalxanvari vəzi funksiyasının zəifləməsində öddə durğunluq, qəbzlik inkişaf edir. Qalxanvari vəzi funksiyasının artmasında isə ishal yarana bilir.

Qalxanvari vəzi hormonlarının dəyişikliyi reproduktiv sistemə de təsir edir. Belə ki, sonsuzluq, hamiləlikdə müxtəlif problemlər yaranır. Bu vəziyyət qalxanvari vəzi funksiyasının həm zəifləməsində, həm də sürətlənməsində də rast gəlinə bilər.

Dəri, saç ve dırnaqların da vəziyyətinə qalxanvari vəzi funksiyasının pozğunluğu neqativ təsir edir. Hormon yetməzliyində saç tökülməsi, dəri ödəmi ve quruluq müşahidə olunur. Həmçinin, hava isti olsa da bele insanlar daim üşüyürlər. Hormon yüksəlməsində isə insanlar tez-tez tərləmə və daim isti olmasından şikayətlənirlər.

Belə şikayətləri olanlar mütləq diaqnozun dəqiqləşdirilməsi ve müalicəyə başlaması üçün müayinədən keçməlidirlər. Özünü müalicə ilə məşğul olmaq yolverilməzdir , bununla insan özunə yalnız ziyan etmiş olur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment