Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
03.10.2019
Bakı, FinanceTime. 8 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü
Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu
AZ0105019753
Emissiya həcmi
10 000 000 AZN
Nominal dəyəri
100 AZN
İstiqrazların tədavül müddəti
728 gün
Faiz ödənişləri (olduqda)
7 aprel 2020-ci il, 6 oktyabr 2020-ci il, 6 aprel 2021-ci il, 5 oktyabr 2021-ci il
Faiz gəliri
7.5 %
Ödəmə tarixi
05.10.2021
Anderrayter
Paşa Kapital İŞ
QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.