Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Pakistan İslam Respublikasının Pəncab əyalətində fəaliyyət göstərən Okara Ticarət və Sənaye Palatası arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və sahibkarlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Onlayn formatda təşkil olunan imzalama mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Okara Ticarət və Sənaye Palatasının sədri Şahzad Həsən iştirak ediblər.
İmzalanan Anlaşma Memorandumu tərəflər arasında müntəzəm məlumat və təcrübə mübadiləsinin aparılmasını, birgə biznes forumların, profilli sərgilərin təşkilini, eləcə də hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri arasında birbaşa əlaqələrin qurulmasına institusional dəstək verilməsini nəzərdə tutur.