Banklar


Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
03.07.2026

Ölkənin birinci bankı Kapital Bank müştərilərinə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bank bu istiqamətdə yeni konsept əsasında inşa olunan İçərişəhər və Masazır filiallarını müştərilərinin istifadəsinə verib. Bununla da Kapital Bank hazırda 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır.

Kapital Bank gündəlik bank əməliyyatlarının böyük hissəsini Birbank mobil tətbiqi vasitəsilə müştərilərinə tam rəqəmsal şəkildə təqdim edir. Bankın yanaşması müştərinin harada yaşamasından və ya işləməsindən asılı olmayaraq ona həm rəqəmsal, həm də fiziki xidmət kanallarında eyni rahat və keyfiyyətli bankçılıq təcrübəsini təqdim etməkdir.

Yeni filiallar tamamilə yeni konsept əsasında inşa olunub. Daha müasir interyer, funksional xidmət zonaları və rahat gözləmə məkanları ilə fərqlənən bu konsept müştəri təcrübəsini daha da yaxşılaşdırmağı hədəfləyir. Eyni zamanda 2026-cı il ərzində İnşaatçılar, Xəzər və Binəqədi filialları da yeni konseptə uyğunlaşdırılaraq müştərilərin istifadəsinə verilib. Bankın bundan sonra istifadəyə veriləcək bütün yeni filialları da məhz bu konsept əsasında fəaliyyət göstərəcək.

Yeni filiallarda müştərilərə əmanətlər, debet və kredit kartları, müxtəlif növ kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri daxil olmaqla bütün növ bank məhsul və xidmətləri təqdim olunur.

Qeyd edək ki, Kapital Bank xidmət şəbəkəsini ölkənin bütün regionlarında, həmçinin Qarabağda ardıcıl şəkildə genişləndirir. Bank hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl və Şuşa şəhərlərində də fəaliyyət göstərir. Beləliklə, müştərilər yaşadıqları və ya çalışdıqları bölgədən asılı olmayaraq, onlara ən yaxın Kapital Bank filialında bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.

Beləliklə, Kapital Bank həm rəqəmsal bankçılıq həllərini inkişaf etdirməyə, həm də ölkənin ən böyük xidmət şəbəkəsini genişləndirməyə davam edərək müştərilərinə ehtiyac duyduqları hər yerdə bank xidmətlərini əlçatan edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı və 51 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment