Hava Nəqliyyatında Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsində biznes subyektləri ilə görüşlər keçirilib.
Gömrük orqanları ilə biznes subyektləri arasında işgüzar əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan görüşlərdə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük xidmətinin təkmilləşdirilməsi, rəqəmsallaşma prosesinin genişləndirilməsi və ticarətin asanlaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər barədə məlumat verilib.
Eyni zamanda, “Azərbaycan Respublikasının gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkilinə dair” Metodika, Etibarlı Tərəfdaş Konsepsiyası, “Rəqəmsal Gömrük Dəyəri Sistemi”, gömrük qanunvericiliyinə dair yeniliklərlə bağlı təqdimatlar nümayiş etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.