Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər edib
03.07.2026

Azərbaycan və Çin gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi, gömrük sistemində rəqəmsal həllər, süni intellektin tətbiqi ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi və mübadiləsi məqsədilə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti  Çin Baş Gömrük Administrasiyası rəhbərinin müavini ilə görüş keçirib.

İki ölkənin gömrük orqanları arasında mövcud əməkdaşlığın vəziyyəti, gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, rəqəmsal gömrük idarəçiliyi, risklərin idarə olunması, süni intellekt texnologiyalarının gömrük proseslərinə inteqrasiyası, məlumat mübadiləsi, əməliyyat prosedurlarının təkmilləşdirilməsi və institusional inkişaf istiqamətlərində təcrübə mübadiləsi aparılıb.

Görüş çərçivəsində "Smart Customs" konsepsiyasının tətbiqi üzrə əməkdaşlığın genişləndirilməsi, rəqəmsal gömrük həllərinin inkişaf etdirilməsi, eləcə də Orta Dəhlizin imkanları barədə müzakirələr keçirilib.

“Huawei”, “Percent” və “Maxvision” şirkətlərində keçirilən görüşlərdə  ağıllı gömrük və sərhəd idarəçiliyi, süni intellekt əsaslı qərar qəbuletmə sistemləri, böyük dil modellərinin dövlət xidmətlərində tətbiqi, generativ süni intellekt həlləri,  gömrük bəyannamələrinin intellektual emalı, malların avtomatlaşdırılmış təsnifatlandırılması, risklərin analitik qiymətləndirilməsi, post-gömrük auditi və məlumatların emalı, eyni zamanda gömrük və logistika sahəsində tətbiq olunan proqram təminatı həlləri ilə yaxından tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Honq Konq–Şençjen sərhədində yerləşən “Liantang”, eləcə də “Şekoyu” gömrük keçid məntəqələrində tətbiq olunan ən müasir texnoloji həllər, süni intellekt dəstəyi ilə risklərin qiymətləndirilməsi sistemləri, intellektual nəzarət mexanizmləri, avtomatlaşdırılmış yoxlama avadanlıqları, rəqəmsal əməliyyat prosedurları və gömrük anbarı üzrə qabaqcıl təcrübələr ilə tanış olublar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment