Digər xəbərlər


Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilib
02.07.2026

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilib

İyulun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilib.

Tədbirdən əvvəl QDTİB-nin Prezidenti Sərhat Köksal və Bankın rəhbər heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

İllik Toplantının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev bu mötəbər tədbirin qlobal iqtisadiyyatda mühüm transformasiyaların baş verdiyi bir dövrə təsadüf etdiyini bildirib. Nazir geosiyasi dəyişikliklər, iqlim çağırışları və təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə regional əməkdaşlığın gücləndirilməsi üçün kapitalın, innovasiyaların və insan potensialının bir araya gətirilməsinin xüsusi əhəmiyyət  kəsb etdiyini vurğulayıb.

Sahil Babayev son illərdə Azərbaycanda iqtisadiyyatın dayanıqlığının artırılması, şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl iqtisadi siyasətdən bəhs edib. Nazir bu prioritetlər çərçivəsində enerji sektoru ilə yanaşı, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və bərpa olunan enerji kimi qeyri-neft sahələrinin inkişafına xüsusi diqqətin yetirildiyini bildirib. O, diqqətə çatdırıb ki, Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması məqsədilə mühüm investisiyalar həyata keçirilib. 

Çıxışında ölkəmizin tranzit potensialına da toxunan maliyyə naziri Azərbaycanın Avrasiya məkanında mühüm iqtisadi və logistika qovşağına çevrildiyini vurğulayıb. Bildirilib ki, xüsusilə “Orta Dəhliz”in artan strateji əhəmiyyəti, limanlara, avtomobil və dəmir yollarına, logistika mərkəzlərinə, habelə rəqəmsal infrastruktura yönəlmiş irimiqyaslı investisiyalar ölkənin tranzit və etibarlı ticarət tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib.

Azərbaycan ilə QDTİB arasında əməkdaşlıq münasibətlərinə toxunan Sahil Babayev qeyd edib ki, Banka üzv ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. O bildirib ki, QDTİB Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir. Nazir Bankın özəl sektorun inkişafına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə və ticarətin dəstəklənməsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, prioritet istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib. 

QDTİB-nin Prezidenti Sərhat Köksal çıxışında Bankla uzun illər ərzində  formalaşmış möhkəm və etibarlı tərəfdaşlığa görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib. Sərhat Köksal vurğulayıb ki, ölkə bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır.

QDTİB Prezidenti əlavə edib ki, Bankın Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib. O bildirib ki, Bakıda keçirilən İllik Toplantı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır. Sərhat Köksal təmsil etdiyi qurumun Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

İllik Toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub. Eyni zamanda, 2027-ci ildə Bankın Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrliyin Bolqarıstana keçməsi barədə qərar qəbul olunub.

QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı iyulun 2-də “Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda” mövzusuna həsr olunacaq Biznes Forumla davam etdiriləcək.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment