"Kapital Bank" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
01.07.2026
1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 03.07.2026-cı il tarixində başlayacaq və 01.08.2026-cı il tarixində bitəcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Kapital Bank" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2018005150
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
500,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
50,000,000 manat
İllik gəlirlilik faizi
10%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30(otuz) təqvim günündən bir ödənilir