Banklar


Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
01.07.2026

Yelo Bank-ın ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə start verdiyi və böyük maraqla qarşılanan “Biznesinə xoş gələcək” kampaniyasının müddəti 30 sentyabr 2026-cı il tarixinədək uzadılıb. Bu xəbər işinə fasilə vermək istəməyən və gündəlik bank xərclərinə qənaət etməyi hədəfləyən mikro, kiçik və orta sahibkarlar üçün əsl yay fürsətinə çevriləcək!

Kampaniya çərçivəsində ilk dəfə onlayn biznes hesabı açan fərdi sahibkarlar və hüquqi şəxslər hesab açdıqları gündən etibarən 3 ay müddətində (cəmi 100 000 AZN-dək dövriyyə məbləği üçün) aşağıdakı bank əməliyyatlarını tamamilə pulsuz – 0% komissiya ilə həyata keçirə bilərlər:

✔️ Milli valyutada ölkədaxili köçürmələr (həm adi, həm də təcili);

✔️ Milli valyutada vəsaitlərin nağdlaşdırılması;

✔️ Əməkhaqqı layihəsi üzrə köçürmələr (“All ATMs” istisna).

Üstəlik, bu fürsətdən yararlanan bütün sahibkarlara 1 illik biznes kartı hədiyyə olunur. Biznes müştəriləri həmçinin onlayn hesab açılması, əməkhaqqı kartlarının sifarişi və smartfonu POS-terminala çevirən Mobil POS xidmətinə qoşulma imkanlarından da ödənişsiz faydalana bilirlər.

Bankın məqsədi sahibkarlara yalnız ilk addımlarında deyil, bizneslərinin hər bir inkişaf mərhələsində etibarlı və innovativ tərəfdaş olmaqdır. Kampaniyaya qoşulmaq istəyən fərdi sahibkarlar Yelo Business App, hüquqi şəxslər isə Yelo İnternet Bankçılıq platforması üzərindən ilk onlayn biznes hesablarını açaraq bu unikal fürsətə sahib ola bilərlər.

Daha ətraflı məlumat: Yelo İnternet Bankçılıq - https://ylb.az/i-bnk; Yelo Business App - http://ylb.az/yelobiznes

Online biznes krediti lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment