Digər xəbərlər


“Uğur yolu” karyera inkişaf proqramının final mərhələsi keçirilib
29.06.2026

İqtisadiyyat Nazirliyində təşkil olunan dördüncü “Uğur yolu” müsabiqəsinin finalçıları komanda ilə işləmək, vaxtın səmərəli idarə olunması, strateji düşünmə və digər bacarıqlarını nümayiş etdiriblər.

İqtisadiyyat Nazirliyində təşkil olunan dördüncü "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib. Bu il daha əhatəli tətbiq olunnan müsabiqədə Nazirlik üzrə 4000-ə yaxın əməkdaş iştirak edib. Müsabiqənin virtual test mərhələsində yüksək nəticə əldə edən 300 əməkdaş yarımfinal mərhələsində iştirak hüququ qazanıb. İştirakçılar yarımfinalda simulyasiya xarakterli keyslərin həlli üzrə biliklərini sınayıblar. Nəticədə, 48 nəfər müsabiqənin final mərhələsinə yüksəlib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iştirakçıları final mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib. Vurğulanıb ki, insan kapitalının inkişafı ölkəmizdə prioritet istiqamətlərdəndir və bu sahədə həyata keçirilən təşəbbüslər institusional potensialın gücləndirilməsinə xidmət edir. Bildirilib ki, İqtisadiyyat Nazirliyində təşkil olunan “Uğur yolu” proqramı əməkdaşların potensialının müəyyənləşdirilməsi, onların liderlik keyfiyyətlərinin, analitik düşüncə və qərarvermə bacarıqlarının artırılması baxımından önəm daşıyır.  Proqram həmçinin, əməkdaşların peşəkar müstəvidə inkişafının dəstəklənməsinə və perspektivli kadr ehtiyatının formalaşdırılmasına töhfə verir.

Karyera inkişaf proqramının yekun mərhələsində iştirakçılar komanda ilə işləmək, vaxtın səmərəli idarə olunması, strateji düşünmə və digər bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, “Uğur yolu” müsabiqəsinin qalibləri peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xüsusi təlim proqramlarında iştirak edəcəklər. Bununla yanaşı, onlar Nazirliyin rəhbər şəxslərinin mentorluğu ilə həyata keçirilən proqrama cəlb olunacaq, karyera inkişafı istiqamətində əlavə imkanlar əldə edəcəklər. Proqram çərçivəsində qaliblərin idarəetmə, strateji planlaşdırma və digər mühüm istiqamətlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment