Digər xəbərlər


Kredit risklərinin idarə edilməsi Qaydalarına dəyişikliklər təsdiqlənib
25.06.2026

Azərbaycan Respublikasının Mərkəzi Bankı məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsini davam etdirir. Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyətinin 28.04.2026-cı il tarixli 18/11 nömrəli Qərarı ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib.

Dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır. Belə ki, artıq vətəndaşlar Azərbaycan Kredit Bürosu üzərindən (Findoc.az) sorğu yerləşdirməklə bütün kredit təşkilatlarına onun adına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcəklər. Bundan əlavə, vətəndaşlar müştərisi olduqları kredit təşkilatına birbaşa müraciət etməklə yalnız həmin təşkilata məhdudiyyət tətbiq edə biləcəklər. Kredit təşkilatları məsafədən kredit rəsmiləşdirilmədən öncə bu qadağanı yoxlamalı və yalnız məhdudiyyət qoyulmadığı halda krediti verməlidirlər.

Qaydalara edilən növbəti mühüm dəyişiklik məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə vəsaitlərin verilməsində “gözləmə müddəti”nin tətbiq edilməsidir. Belə ki, kreditin məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra hesaba oturacaqdır.

Qeyd edək ki, dəyişikliklərin əsas məqsədi məsafədən kreditləşmə zamanı müştərilərin maraqlarının və təhlükəsizliyinin qorunması, kredit risklərinin daha məsuliyyətli idarə edilməsi mexanizmlərinin möhkəmləndirilməsidir.

Dəyişikliklər 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na dəyişiklikləri bu linkdən nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/62061

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment