"Unibank Kommersiya Bankı" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
25.06.2026
25 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Unibank Kommersiya Bankı" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2019002024
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
50,000 ədəd
İlkin ticarət qiyməti
100 ABŞ dolları
İstiqrazların buraxılış həcmi
5,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi
8%
Ödəmə Periodu
İstiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcəkdir