Digər xəbərlər


“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
25.06.2026

İnklüziv cəmiyyət istiqamətində mütəmadi sosial layihələr həyata keçirən sərfəli mobil operator “Nar” bu dəfə əlilliyi olan şəxsləri kulinariya master-klasında bir araya gətirib.

Layihə iştirakçılarını “Nar”ın baş icraçı direktoru Özgür Genç salamlayıb:““Nar” olaraq, uzun illərdir əlilliyi olan şəxslərin sosial, mədəni, təhsil və məşğulluq sahələrində bərabər və əlçatan imkanlardan faydalanmasını dəstəkləyən ardıcıl layihələr həyata keçiririk.Müxtəlif sahələri əhatə edən təşəbbüslərimizin əsas məqsədi hər kəsin özünə uyğun şəkildə iştirak edə, öz potensialını reallaşdıra və özünü cəmiyyətin bir parçası kimi hiss edə biləcəyi daha inklüziv mühitin formalaşmasına töhfə verməkdir.Bu yolda layihələrimizin iştirakçılarına və bizə dəstək olan tərəfdaşlarımıza təşəkkürümü bildirirəm.”













“Bütün Vücudlar Danışır” sosial layihəsi çərçivəsində keçirilən kulinariya master-klası “Hyatt Regency Baku” hotelində baş tutub. Tədbirin açılışında hotelin baş meneceri Orxan Ələkbərov çıxış edib, daha sonra master-klas baş aşpaz Kənan Balaşovun rəhbərliyi ilə davam edib.

İnklüziv və səmimi atmosferdə baş tutan master-klasda iştirakçılar komanda şəklində çalışaraq müxtəlif təamların hazırlanmasında iştirak ediblər, bu prosesdə həm yeni təcrübələr qazanıblar, həm də yaradıcı yanaşmalarını ortaya qoyublar. Tədbir birgə fəaliyyətin yaratdığı isti ab-hava və iştirakçılar arasındakı səmimi ünsiyyətlə yadda qalıb.

Qeyd edək ki, “Bütün Vücudlar Danışır” sosial layihəsi mobil operator “Nar” və “DanceAbility Azərbaycan” tərəfindən həyata keçirilir. Layihənin 13 dekabr 2025-ci ildən start götürən hazırkı mərhələsində,75 nəfəri əlilliyi olan şəxslər olmaqla, ümumilikdə 233 nəfər iştirak edib.“Bütün Vücudlar Danışır” sosial layihəsinin hədəfi təlim proqramları, master-klaslar, əlilliyi olan və olmayan şəxslərin birgə iştirak etdiyi rəqs və digər fəaliyyətlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment